Bank Of Baku

Qurban Qurbanov Xarici İşlər Nazirliyinə və Azərbaycanın Avstriyadakı səfirliyinə müraciət edib

Qurban Qurbanov Xarici İşlər Nazirliyinə və Azərbaycanın Avstriyadakı səfirliyinə müraciət edib
# 04 iyul 2007 11:17 (UTC +04:00)
“Komandanın hazırlıq prosesində iştirakımın yubanmağı UEFA kubokunda Avstriyanın “Rid” klubu ilə ilk oyunumuza öz mənfi təsirini göstərəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Hazırda Bakıda olan Q.Qurbanov başçılıq etdiyi komandanın təlim-məşq toplanışında olduğu Avstriyaya yollanmaqla bağlı viza probleminin həll olunmamış qaldığını söyləyib: “Viza məsələmin dünən həll olunacağı deyildiyindən, artıq bu gün Avstriyada komandamın hazırlığında iştirak edəcəyimi düşünürdüm. Ancaq vizamı dünən alacağımı deyənlər verdikləri sözə əməl etmədi. İndi də probleminin araşdırıldığını və tezliklə vizanı alacağım deyilir. Avstriyaya vizanı Almaniyanın ölkəmizdəki səfirliyindən alırıq və komandanın bütün üzvləri kimi mən də lazımi sənədləri təqdim etmişdim. Ancaq Avstriyaya yollanmağı imkan verən Şengen vizasını indiyədək ala bilməmişəm. Mən tərəfdən heç bir səhlənkarlıq olmayıb, problem özlərindədir. Artıq Xarici İşlər Nazirliyinə və Azərbaycanın Avstriyadakı səfirliyinə məsələnin araşdırılaraq, problemin tezliklə həll olunmağı ilə bağlı müraciət etmişik”. Q.Qurbanov komandasının hazırlıq prosesi ilə bağlı Avstriya ilə mütəmadi əlaqə saxladığını bildirib. Baş məşqçi hazırlıqda iştirak etməməyi ilə bağlı narahat olduğunu söyləyib: “Komandanın hazırlığı ilə bağlı plan tərtib etmişdim və köməkçilərim buna əsasən Avstriyada məşqləri keçir. Ancaq sözsüz ki, bu, baş məşqçinin hazırlıqda iştirakının yerini vermir. Baş məşqçinin yoxluğu komandanın hazırlıq prosesinə istər-istəməz mənfi təsirini göstərir. Baş məşqçi kimi “Neftçi”nin Avstriyadakı hazırlıq prosesinə hələ də qatıla bilmədiyimə görə narahatam”.
Qeyd edək ki, bir həftədir Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” “Rid” ilə ilk oyununu iyulun 19-da səfərdə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR