Bank Of Baku

AFFA-nın İcraiyyə Komitəsinin sabiq üzvləri FİFA və UEFA-ya şikayət ediblər

AFFA-nın İcraiyyə Komitəsinin sabiq üzvləri FİFA və UEFA-ya şikayət ediblər
# 04 iyul 2007 13:43 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə İK-nın sabiq üzvü İsgəndər Cavadov məlumat verib. Veteran futbolçunun sözlərinə görə, müraciəti özü ilə yanaşı, Rauf Əliyev, Natiq Əliyev, Əli Rəsulov və Mübariz Pənahov imzalayıblar. Sənədə imza atanlar arasında yalnız Hamlet İsaxanlı olmayıb. Şikayətçilər məktubda İK-dan qanunsuz uzaqlaşdırıldıqlarını iddia edərək, məsələnin araşdırılmasını xahiş ediblər. Onlar tezliklə səlahiyyətlərinin qaytarılacağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin müvafiq maddələrinə əsasən, namizədliklərini irəli sürmüş qurumlar artıq AFFA-ya üzv olmadıqları üçün 6 nəfər İK-dan kənarlaşdırılıb. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR