Bank Of Baku

Azərbaycan yığması bu gün Ermənistanla qarşılaşacaq

Azərbaycan yığması bu gün Ermənistanla qarşılaşacaq
# 05 iyul 2007 07:59 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız Türkiyənin Trabzon şəhərində Moldova yığması ilə qarşılaşıb. Milli komandamızın start heyətində Səlahət Ağayev, Novruz Məmmədov, Sərraf Yusifzadə, Fariz Məmmədov, Pərviz Bayramov, Emin Mustafayev, Eşqin Quliyev, Şəhriyar Xəlilov, Amid Quluzadə, Orxan Həsənov və Tural İsgəndərov yer alıb. U-17-nin Rusiya ilə oyununda olduğu kimi, bu görüşündə də hesab açılmayıb. Qrupda keçirilən digər matçda Rusiya Ermənistanı darmadağın edib 4:0. İki turdan sonra Azərbaycan 2 xalla 3-cü pillədə qərarlaşıb. Hərəyə 4 xal toplayan Rusiya və Moldova 1-2 yerləri bölüşdürürlər. Sonuncu sıranı tutan Ermənistan xal toplaya bilməyib. Bu gün yarımfinala yüksələcək komandaların adları müəyyənləşəcək. U-17 yığmamız Bakı vaxtı ilə saat 20:00-da Ermənistanla üz-üzə gələcək. Y.Vahabzadənin komandası növbəti mərhələyə keçmək üçün mütləq qələbə qazanmalıdırlar.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın 17 yaşınadək futbolçuları indiyədək bir dəfə qarşılaşıblar. 2005-ci ildə Avropa çempionatının seçmə qrup mərhələsində keçirilən oyunda futbolçularımız 3:0 hesabı ilə qalib gəliblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR