Bank Of Baku

Fariz Yusifov Çempionlar Liqasının oyununa təyinat alıb

Fariz Yusifov Çempionlar Liqasının oyununa təyinat alıb
# 05 iyul 2007 11:11 (UTC +04:00)
Azərbaycanlı FİFA hakimləri Fariz Yusifovla Babək Quliyev beynəlxalq oyunlara təyinat alıblar. “APA-Sport” agentliyinin məlumatına görə, F.Yusifov iyulun 24-də Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Reyncers” (Andorra) və “Şerif" (Moldova) klubları arasında keçiriləcək cavab görüşünü idarə edəcək. B.Quliyev isə iyulun 31-də UEFA Kubokunun birinci təsnifat mərhələsi çərçivəsində “Kaerjenq 97” (Lüksemburq) və “Lillestrom” (Norveç) komandaları arasında keçiriləcək təkrar oyununun baş hakimi olacaq. Hər iki referinin köməkçiləri sabah məlum olacaq.
Qeyd edək ki, 2006-cı ilin əvvəlində FİFA referisi adına layiq görülən F.Yusifov ilk dəfə rəsmi səviyyədə beynəlxalq oyun idarə edəcək. O, iyunun 24-də UEFA İntertoto kubokunun ilk mərhələsi çərçivəsində keçirilmiş “Birkirkara” (Malta) “Maribor” (Sloveniya) matçına təyinat alsa da, viza problemi ilə əlaqədar yollana bilməmişdi. Həmin görüşün UEFA nümayəndəsi İvan Kornu səfər marşrutunun ortaya çıxardığı problemlərə görə, üzrxahlıq etmiş, F.Yusifova yeni təyinat göndəriləcəyini vəd etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR