“MKT-Araz” klubunun UEFA Kubokunda ilk oyununu Bakıda keçirəcəyi rəsmiləşib

“MKT-Araz” klubunun UEFA Kubokunda ilk oyununu Bakıda keçirəcəyi rəsmiləşib
# 05 iyul 2007 11:52 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubunun UEFA kubokunda “Qrotslin” (Polşa) ilə ilk oyununu öz meydanında keçirəcəyi rəsmiləşib. “APA-SPORT” agentliyinin məlumatına görə, UEFA qarşılaşmaların yerinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edərək, bununla bağlı AFFA-nı məlumatlandırıb.
“MKT-Araz” UEFA kubokunda digər təmsilçimiz “Neftçi” kimi ev oyunlarını Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. UEFA-nın iyunun 29-da keçirdiyi püşkə əsasən, “Neftçi” ilə “MKT-Araz” avqustun 2-də cavab görüşlərini evdə keçirməli idi. Belə olan halda, UEFA məsələyə müdaxilə edərək dəyişiklik etməli olub. “MKT-Araz” ilə “Qrotslin”in nümayəndələri İsveçrədə püşkatma zamanı bu məsələni müzakirə edərək, ilkin razılıq əldə edib ki, bununla bağlı son qərarı verən UEFA bunu nəzərə alıb.
Qeyd edək ki, “MKT-Araz” “Qrotslin” ilə ilk oyununu iyulun 19-da keçirəcək. “Neftçi” isə həmin gün Avstriyada “Rid” klubunun qonağı olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR