Bank Of Baku

Aşot Manukyan: “Azərbaycanla görüşlərdə 6 xal qazana bilərdik”

Aşot Manukyan: “Azərbaycanla görüşlərdə 6 xal qazana bilərdik”
# 05 iyul 2007 12:14 (UTC +04:00)
“UEFA-nın sözçüsü Uilyam Qalyardın Azərbaycan və Ermənistan Futbol Federasiyaları tərəfindən oyunların ləğv olunması barədə onlara müraciət edildiyi haqda danışdığını ilk dəfədir ki, eşidirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan Futbol Federasiyasının (EFF) vitse-prezidenti Aşot Manukyan deyib. A.Manukyanın sözlərinə görə, EFF Ermənistan milli komandasının Azərbaycan yığması ilə Avropa çempionatının seçmə oyunlarını Bakıda və İrəvanda keçirməyə hazır olub: “Biz Bakıya getməyə və Azərbaycan yığmasının İrəvanda təhlükəsizliyinə təminat verməyə hazır olsaq da, qarşı tərəf heç cür buna razı olmurdu. Nəticədə UEFA hamıya məlum olan qərarı çıxardı”. EFF rəsmisi Azərbaycan tərəfinin UEFA-nın qərarından razı qaldığını iddia edib: “Çünki son görüşlərdə Ermənistan yığmasının göstərdiyi oyunlara əsasən deyə bilərəm ki, azərbaycanlılarla görüşdə 4 və ya 6 xala iddia edə bilərdik”. O, həmçinin bildirib ki, sentyabrın 8-də və 12-də keçirilməsi baş tutmayacaq oyunların əvəzinə yoldaşlıq görüşlərində qüvvələrini sınamaq fikrindədirlər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR