Bank Of Baku

Rene van der Linden: “Çox təəssüf ki, Azərbaycan-Ermənistan oyunları baş tutmadı”

Rene van der Linden: “Çox təəssüf ki, Azərbaycan-Ermənistan oyunları baş tutmadı”
# 05 iyul 2007 12:32 (UTC +04:00)
R.Linden Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ilin sentyabrın 8-də və 12-də Azərbaycanla Ermənistan yığmaları arasında oynanılması nəzərdə tutulan matçlar barədə UEFA-nın çıxardığı qərarının gözlənilməz olduğunu bildirib. AŞPA sədri vurğulayıb ki, idman xalqlar arasında əlaqələrin yaxşılaşdırılması baxımından vacib sahədir: “İdman həddən artıq maraqlı sahədir. Eyni zamanda, idman xalqların yaxınlaşmasına zəmin yaratmaq gücünə malikdir”.
Qeyd edək ki, qitə birinciliyinin püşkatmasından sonra Azərbaycan Ermənistanla oyunların neytral meydanda, qarşı tərəf isə Bakı və İrəvanda keçirilməsini istəyirdi. UEFA İcraiyyə Komitəsinin bu il iyunun 23-də Hollandiyanın Herenven şəhərində baş tutan
iclasında bu görüşlərin keçirilməməsi haqda qərar verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR