Bank Of Baku

Azərbaycan yığması Ermənistanla heç-heçə oynayıb

Azərbaycan yığması Ermənistanla heç-heçə oynayıb
# 06 iyul 2007 08:24 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, yığmamız yarışda son oyununu Ermənistana qarşı keçirib. Giresun Atatürk stadionunda baş tutan görüşə U-17 Səlahət Ağayev, Novruz Məmmədov, Sərraf Yusifzadə, Fariz Məmmədov, Pərviz Bayramov, Emin Mustafayev, Eşqin Quliyev, Şəhriyar Xəlilov, Amid Quluzadə, Orxan Həsənov və Tural İsgəndərovdan ibarət start heyətlə çıxıb. Birinci hissədə Yaşar Vahabzadənin yetirmələri əlverişli imkanlar əldə etsələr də, fərqlənə bilməyiblər. Fasilədən dərhal sonra matçın rumıniyalı baş hakimi Konstantin Aqustus milli komandamızın üzvü Amid Quluzadəyə ikinci sarı vərəqə göstərərək, meydandan qovub. Azlıqda qalmasına baxmayaraq, futbolçularımız oyunun sonunadək qapılarını toxunulmaz saxlayıblar. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. U-17-nin qrupdakı digər rəqibləri Rusiya və Moldova ilə oyunlarında da eyni nəticə qeydə alınıb. Beləliklə, 3 oyunda qol buraxmayan və qol vura bilməyən milli komandamız 3 xalla 3-cü yer tutaraq, yarımfinala vəsiqə qazanmağı bacarmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR