Bank Of Baku

Yunis Hüseynov “Standard Bakı” ilə bir illik müqavilə bağlayıb

Yunis Hüseynov “Standard Bakı” ilə bir illik müqavilə bağlayıb
# 06 iyul 2007 08:59 (UTC +04:00)
Yunis Hüseynovun “Standard Bakı” klubuna baş məşqçi təyin edilməsi rəsmiləşib. Bu barədə “APA-Sport” agentliyinə klubun təsisçisi Kamil Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni çalışdırıcı ilə bir illik müqavilə bağlanıb: “Güclülər dəstəsində ilk mövsümdə komandamızı Yunis Hüseynov çalışdıracaq. Onunla bir illik müqavilə imzaladıq”. Yevlaxın “Karvan” klubunun da güclülər dəstəsində ilk mövsümdə baş məşqçisi olan 42 yaşlı Y.Hüseynovun yeni komandasında köməkçiləri də müəyyənləşib. Y.Hüseynovun “Karvan”da üç il işlədiyi müddətdə köməkçisi olan 50 yaşlı Zakir Mahmudov “Standard Bakı”da da ona yardımçı olacaq. Y.Hüseynovun digər köməkçisi isə “Neftçi”də bir yerdə çıxış etdiyi Mirbağır İsayev olub. Ötən mövsüm “Neftçi”də Qurban Qurbanovun köməkçisi olan 33 yaşlı M.İsayev üç həftə öncə istefa verib.
K.Məmmədov “Standard Bakı”nı Azərbaycan çempionatının güclülər dəstəsinə çıxaran 37 yaşlı baş məşqçi Vladislav Qədirovun da taleyinə aydınlıq gətirib: “Vladislav Qədirov klubda qalıb. O, bundan sonra idman direktoru postunu tutacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR