Bank Of Baku

Babək Quliyev bir həftə ərzində iki qitə miqyaslı oyuna dəvət alıb

Babək Quliyev bir həftə ərzində iki qitə miqyaslı oyuna dəvət alıb
# 06 iyul 2007 10:19 (UTC +04:00)
FİFA hakimləri Fariz Yusifovla Babək Quliyevin qitə miqyaslı yarışlarda idarə edəcəyi görüşlərdə köməkçiləri bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, 35 yaşlı F.Yusifova iyulun 24-də Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Andorranın “Reyncers” və Moldovanın “Şerif” klublarının görüşündə FİFA hakim köməkçiləri Elman Musayevlə Azər Əsgərov yardımçı olacaq. İyulun 31-də UEFA kuboku çərçivəsində “Kaerjenq 97” (Lüksemburq) “Lillestrom” (Norveç) matçının baş hakimi təyin edilən B.Quliyev də F.Yusifov kimi Andorraya yollanacaq. Belə ki, 33 yaşlı B.Quliyev “Rencers” “Şerif” qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. B.Quliyevin UEFA kuboku oyununda FİFA hakim köməkçiləri İlham Əliyevlə Roman Vasilyev olacaq. “Kaerlenq 97” “Lillestrom” görüşünə dördüncü hakim 37 yaşlı FİFA hakimi Vüsal Əliyev təyin edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR