Bank Of Baku

Yaşar Vahabzadə: “Biz hətta 10 nəfərlə də ermənilərə uduzmadığımızı sübut etdik”

Yaşar Vahabzadə: “Biz hətta 10 nəfərlə də ermənilərə uduzmadığımızı sübut etdik”
# 06 iyul 2007 15:15 (UTC +04:00)
“Ermənilərlə oyunun birinci hissəsində ərazi üstünlüyünə yiyələnmişdik. Epizodların birində Orxan Həsənov topu boş qapıya göndərə bilmədi. Ümumiyyətlə, qol vurmaq üçün hücumçularımızda ustalıq çatmadı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Yaşar Vahabzadə deyib. Çalışdırıcının sözlərinə görə, I Qaradəniz İdman Oyunları çərçivəsində Ermənistana qarşı keçirilən oyunda yığmamızın qələbə qazanmasına hakimlər maneçilik törədib: “Rumıniyalı hakim komandamıza qarşı qərəzli mövqe tutaraq, oyunçularımıza əsassız sarı vərəqələr göstərirdi. Təsəvvür edin ki, top uğrunda mübarizədə futbolçular toqquşaraq yıxılırdılar. Belə epizodlarda hakim yalnız bizim futbolçuları cəzalandırırdı. İkinci hissə başlayan kimi Amid Quluzadə qırmızı vərəqə alaraq meydan qovuldu. Azlıqda qalmasaydıq, nəticə başqa cür olardı”. Y.Vahabzadə vurğulayıb ki, Ermənistanla qarşılaşmanın nəticəsini uğursuz saymaq olmaz: “Ermənilərə qalib gəlməli idik. Onları asanlıqla məğlub etməyə hakim amili, ardıcıl üçüncü oyuna çıxmağımız və yol yorğunluğu imkan vermədi. Ən əsası sübuta yetirdik ki, biz hətta 10 nəfərlə qalanda da ermənilərə uduzmuruq”. Baş məşqçi rəqib komandaların böyük yaşlı futbolçulardan təşkil olunduğu deyib: “Biz yarışa 1991-92-ci il təvəllüdlüləri aparmışdıq. Rusiya, Moldova, eləcə də, Ermənistan yığması 1990-cı il təvəllüdlülərdən təşkil olunmuşdu. Qrupdan çıxa bilməməyimizə bunun da müəyyən qədər təsiri oldu. Ermənistan Rusiyaya azlıqda qaldığı üçün uduzdu. Moldova isə məhz böyük yaşlılarla mübarizə apardığından erməniləri üstələdi”. U-17 I Qaradəniz İdman Oyunlarında qrupda üçüncü yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməsə də, Y.Vahabzadə yetirmələrindən razı qalıb: “Yalnız hücumçulardan narazı qaldım. Onlar elə real qol şanslarını qaçırdılar ki, mən mat-məəttəl qaldım”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR