Bank Of Baku

İlqar Qurbanov “Sivasspor” klubuna 400 min ABŞ dollarına başa gəlib

İlqar Qurbanov “Sivasspor” klubuna 400 min ABŞ dollarına başa gəlib
# 06 iyul 2007 16:44 (UTC +04:00)
Azərbaycan milli komandasının futbolçusu İlqar Qurbanovun transferi Türkiyənin “Sivasspor” klubuna 400 min ABŞ dollarına başa gəlib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Sivasspor”un baş məşqçisi Bülənt Uyğunun sözlərinə görə, üç illik müqaviləyə imza atan 21 yaşlı yarımmüdafiəçi hər il yeni komandasından 100 min dollar alacaq. İ.Qurbanovun transferi onun keçmiş komandası “Xəzər-Lənkəran”a da 100 min dollar qazandırıb. Yarımmüdafiəçi “Sivasspor”a azad agent kimi keçsə də, FİFA-nın qaydalarına əsasən, onun 23 yaşı tamam olmadığından “Xəzər-Lənkəran”a kompensasiya ödənilib. B.Uyğun vurğulayıb ki, İ.Qurbanov həm də Türkiyə vətəndaşı olduğu üçün “Sivasspor”da legioner sayılmayacaq. Baş məşqçi həmyerlimizdən razılığını bildirib. O, İ.Qurbanovun bu gün keçirilən fiziki testdə ikinci yeri tutduğunu söyləyib: “Azərbaycandan İlqar kimi dünya futbolunun ulduzunu transfer etdiyimizdən çox məmnunuq. Azərilərlə qardaşlığımız bundan sonra da davam edəcək. İlqarın fiziki durumu çox yaxşıdır. O, bugünkü fiziki testdə yalnız komandanın kapitanı Mehmet Yıldızdan geri qaldı”.
Qeyd edək ki, “Sivasspor” Türkiyə çempionatının son mövsümünü 7-ci pillədə başa vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR