Bank Of Baku

Şahin Diniyev: “Milli komandaya yeni namizədlər yaxşı təsir bağışladılar”

Şahin Diniyev: “Milli komandaya yeni namizədlər yaxşı təsir bağışladılar”
# 07 iyul 2007 09:02 (UTC +04:00)
“Milli komandaya yeni namizədlər yaxşı təsir bağışladılar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev “Karvan” və “Masallı” klubları arasında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən yoxlama oyununda baxışdan keçirilən Əziz Quliyevlə Anar Məmmədov haqda müsbət fikir formalaşdığını söyləyib: “Bu futbolçular hərəsi bir komandada çıxış etdi. Belə ki, Əziz “Karvan”ın, Anar “Masallı”nın heyətində yer aldı. Hər iki futbolçu eyni ampluada, dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Düzdür, bir oyuna görə futbolçu haqda qəti fikir yürütmək olmur. Ancaq həm Əzizin, həm də Anarın futbolu oynamaq bacarığının şahidi oldum. Hər iki futbolçu azərbaycanlı olduğundan, bizim üçün doğmadırlar. Onları əldən buraxmaq olmaz. Üstəlik, Əziz yaşına görə olimpiya yığmamızda da çıxış edə bilər. Bu ucaboylu futbolçu yaxşı fiziki göstəricilərə malikdir. Həm Əzizi, həm də Anarı diqqət mərkəzində saxlayacağıq”. Əziz Quliyevlə Anar Məmmədov Rusiya çempionatının ikinci dəstəsində çıxış edib. Belə ki, 22 yaşlı Anar Vladiqafqazın “Avtodor”, 20 yaşlı Əziz Smolenskin “İskra” klubunda oynayıb. Ş.Diniyev onların yığmaya düşmələri üçün klub karyeralarından çox şey asılı olduğunu qeyd edib: “Bu futbolçularla söhbətimizdə onların klub karyeraları haqda da fikir mübadiləsi apardıq. Əzizlə Anarın yeni klublarının heyətində rəsmi oyunda izləmək istərdik. Bu zaman onlar haqda daha dolğun fikir yürütmək olar. Həmvətənlərimizin xarici klublarda çıxış etməsi daha yaxşı olsa da, hər halda, Azərbaycanda oynamaqla yığma məşqçilərinin daim diqqət mərkəzində ola bilər”.
Millimizin heyətinə daha bir namizəd Ukraynanın “Naftofik-Ukrnafta” klubunda çıxış edən 25 yaşlı hücumçu Ruslan Zeynalovdur. Ş.Diniyev millinin seleksiyaçısı məşqçisi Nazim Süleymanovla birgə iyulun sonunda R.Zeynalovun oyununun izləmək üçün Ukraynaya səfər etməsi nəzərdə tutulub. Qeyd edək ki, R.Zeynalovun komandasının vəsiqə qazandığı Ukraynanın yüksək liqasında yeni çempionat iyulun sonlarında start verilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR