Bank Of Baku

“MKT-Araz” Ukraynada qələbəyə həsrət qalıb

“MKT-Araz” Ukraynada qələbəyə həsrət qalıb
# 07 iyul 2007 10:27 (UTC +04:00)
Azərbaycanı UEFA kubokunda təmsil edəcək “MKT-Araz” klubu Ukraynadakı hazırlıq prosesi çərçivəsində keçirdiyi yoxlama oyunlarında qələbəyə həsrət qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, İmişli təmsilçisi Aluşta şəhərindəki təlim-məşq toplanışında keçirdiyi yoxlama oyununda ilk dəfə məğlub olmayıb. Komandamızın Ukraynanın yüksək liqasında çıxış edən “Stal” ilə görüşü qolsuz bərabərliklə başa çatıb 0:0. “MKT-Araz”ın ukraynalı çalışdırıcısı İqor Nakoneçnı bu sınaq matçında iki fərqli heyəti oynadıb. Növbəti yoxlama matçının iyulun 9-da digər Ukrayna klubu ilə keçirmək planlaşdırılıb.
Qeyd edək ki, “MKT-Araz” “Stal” ilə görüşədək Ukraynanın yüksək liqasında çıxış edən “Naftofik-Ukrnafta” və “Krivbass” klublarına böyük hesabla məğlub olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR