Bank Of Baku

“Qaraba𔝠“Vestel Manisaspor” klubunu məğlub edib

“Qaraba𔝠“Vestel Manisaspor” klubunu məğlub edib
# 09 iyul 2007 08:23 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, Türkiyədə hazırlıq keçən “Qaraba𔝠bu ölkənin Superliqasında çıxış edən “Vestel Manisaspor” klubunu 2:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın yeni transferi Murad Ağakişiyev məhsuldar ötürmə ilə kapitan Aslan Kərimovun 42-ci dəqiqədə hesabı açmasına şərait yaradıb. Giray Bulakın çalışdırdığı “Vestel Manisaspor” ikinci uzatma dəqiqəsində Fərhad Vəliyevin qoruduğu qapıdan top keçirməklə, hesabda tarazlıq yaradıb. Fasilədən dərhal sonra Kənan Kərimovu əvəzləyən milli komandamızın hücumçusu Vaqif Cavadov oyunun son dəqiqələrində qələbə topunu vurub. R.Kara oyun sonrası fikirlərində komandanın hazırlığından razı qaldığını bildirib: “Futbolçularımız gözəl oyun nümayiş etdirdi. Çatışmazlıqların olmasına baxmayaraq, rəqibin “Vestel Manisaspor” olduğunu unutmamalıyıq. Qoy bəzi komandalar çempionluğa oynayacaqlarını dönə-dönə vurğulasınlar. Hər şeyə meydanda aydınlıq gələcək”. G.Bulak isə komandamızdan belə oyun gözləmədiyini söyləyib: “Qaraba𔝠komandasının bu gücdə olduğuna inanmazdım. Yaxşı futbolçularınız var. Ən əsası, oyun sxemi var ki, bu da komanda üçün çox önəmlidir”. “Qaraba𔝠ikinci yoxlama matçını iyulun 12-də Türkiyənin Superliqasına vəsiqə qazanan “İstanbul Böyük şəhər Bələdiyyəspor” klubu ilə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR