Bank Of Baku

Yakuba Bamba “Dinamo” ilə oyunu buraxa bilər

Yakuba Bamba “Dinamo” ilə oyunu buraxa bilər
# 09 iyul 2007 10:11 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu yeni mövsüm üçün heyətə qatdığı 32 yaşlı hücumçusu Yakuba Bamba ilə bağlı problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, afrikalı futbolçu aldığı zədə nəticəsində hazırlıqdan kənarda qalıb. Onun məşqdə aldığı zədə Avstriyada hazırlıq prosesi çərçivəsində Polşa çempionu “Zaqlebiye” ilə son yoxlama görüşündə meydana çıxmasına imkan verməyib. Bu səbəbdən Y.Bambanın Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” klubu ilə görüşdə də iştirakı sual altına düşüb. Hazırda komandanın həkimi Boris Xetaqurov hücumçunu iyulun 17-də keçiriləcək ilk oyunadək sağaltmağa çalışır.
Qeyd edək ki, Y.Bamba ötən mövsüm qitə miqyaslı turnirdə Yevlaxın “Karvan” klubunda çıxış etdiyi zaman zədə problemi olduğu üçün kənarda qalmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR