İqor Ponomaryov: “İkinci dəfə eyni palçığa bulaşmaq istəmirəm”
- Rusiyanın “Maşuk-KMV” klubundan gedişinizin səbəbini necə izah edərdiniz?
- Gedişimin səbəbi çoxdur. İndi danışıb, kiminsə “bostanına daş atmaq istəmirəm”.
- Hər halda, mövsümün ortasında, ilk dövrə başa çatmamış istefaya göndəriləcəyiniz gözlənilməz olmadı ki?
- Düzünü desəm, yox. Çünki “Maşuk-KMV”dən gedişim mənim üçün gözlənilən idi.
- Bunu komandanın uğursuz çıxış edərək, turnir cədvəlinin sonlarına düşməsi ilə əlaqələndirirsiniz?
- Klubun uğursuz çıxış etməsinin səbəbləri var. Bunu mənimlə bağlamaq düzgün olmazdı. Komandanın yeni mövsümə heyətini komplektləşdirə bilmədik. Bu da “Maşuk-KMV”nin maliyyə vəziyyətinin aşağı olması ilə bağlı idi. Bu problem hələ ötən mövsümdə də var idi. Klub rəhbərliyi maddi vəziyyətin yaxşılaşacağı ilə bağlı vəd vermişdi. Ancaq sonda sözlərinin üstündə durmadılar. Nəticədə yeni mövsümə heyəti gücləndirə bilmədim.
- Bəs özünüzdə nə günah görürsünüz?
- Yeganə günahım heyətin gücləndirilməsini təkid etməməyimdir. Vaxtında şərtlərimi diqtə etməli idim. Rəhbərliyin sözünün üstündə duracağına inandım və nəticəsi də belə oldu.
- Klub rəhbərliyində yer alan, “Maşuk-KMV”nin təsisçilərindən olan azərbaycanlı iş adamı Salman Əliyevlə necə ayrıldınız?
- Salman Əliyevlə heç bir problemim olmayıb. Onunla yaxşı münasibətlərimiz yollarımız ayrılanda da qaldı.
- Rusiyada işlədiyiniz bu il yarım müddətində nə qazandınız?
- Çox şey. Rusiyada işləməklə, böyük təcrübə qazandım. Açığı, Rusiyada işləməyənədək oranın futbolu haqda dolğun məlumatım yox idi. Yalnız müəyyən təsəvvürlərim vardı. Hətta Azərbaycanda işləyəndə də Rusiya futbolunu əməlli-başlı izləmirdim, lazımi maraq göstərmirdim. Rusiyada işləyəndən sonra isə təsəvvürlərim reallığa çevrildi. Bu il yarım müddətdə Rusiya futbolunda çox şey gördüm. Bunlar isə yaxşılığa doğru idi. Rusiya futbolu inkişaf yolundadır. Orada infrastruktura, uşaq futbolundan tutmuş əsas komandaya, stadionlaradək çox şeyə diqqət yetirirlər. Mən bütün bunların Azərbaycanda da olmasını çox arzulayardım.
- “Maşuk-KMV”dən ayrıldıqdan sonra Rusiyada qalıb məşqçilik fəaliyyətinizi davam etdirmək variantı var idi?
- Var idi. Ancaq mən özüm bu təklifləri dəyərləndirmədim. Əslində, təkliflər götür-qoy ediləsi deyildi. Çünki həmin klublar da “Maşuk-KMV” kimi maliyyə vəziyyəti aşağı səviyyədə olanlar idi. Belə olan halda, ikinci dəfə eyni palçığa bulaşmaq istəmədim.
- Sizə dəvət göndərən klubların adlarını açıqlaya bilərsiniz?
- Konkret adlar açıqlamaq istəmirəm. Çünki indi bunu mənasız görürəm. Yalnız onu deyə bilərəm ki, həmin klublar Rusiyanın birinci və ikinci dəstəsində çıxış edənlərdir.
- Bundan sonra nə işlə məşğul olmaq fikrindəsiniz?
- Hazırda İsveçdəyəm. Rusiyanı tərk etdikdən sonra İsveçə qayıtmağı məqsədəuyğun saydım. Hazırda ailəmlə bir yerdəyəm. Bir müddət istirahət edəcəm. Təbii ki, işsiz qalmaq istəmirəm. Hazırda agentim mənə yeni klub axtarır.
- Yenidən Azərbaycanda işləmək istəyərdiniz?
- Əlbəttə. Hər halda, Azərbaycan mənim vətənimdir. Yaxşı bir təklif gələrsə, bu haqda fikirləşmək olar. Ancaq hazırda Azərbaycan klubunu çalışdırmaq perspektivi real deyil. Çünki klubların demək olar hamısının baş məşqçiləri var. Mən də saxtakarlıq, ara qarışdırmaqla məşğul olmaq istəmirəm. Təklif alacağım halda, yenidən Azərbaycanda çalışmaq variantını götür-qoy edəcəm.
- Azərbaycan milli komandasının oyunlarını izləyirsinizmi? Yığmamızın çıxışı haqda nə deyə bilərsiniz?
- Azərbaycan millisinin çıxışı haqda fikir söyləməkdə çətinlik çəkirəm. Çünki oyunları izləməmişəm. Yalnız oyunlar haqda qısa şərhlər haqda məlumatım var. Yığmanın oyununu gördüyün halda, komandanın çıxışı haqda fikir yürütmək daha məqsədəuyğun olar.
- Bəs oğlunuz Anatoli Ponomaryovun legioner həyatı yaşadığı halda, milli komandaya dəvət edilməməyi sizə necə təsir edir?
- Milliyə futbolçu dəvət etmək baş məşqçinin işidir. Mən baş məşqçinin seçiminə qarışmaq istəmirəm. Oğlum vaxtilə Azərbaycan millisində çıxış edərək, futbolçu kimi səviyyəsini göstərib.
- Milli komandanın baş məşqçisi Şahin Diniyev Qazaxıstanla iyunun 6-da keçirilən səfər oyununda heç-heçə etməklə, qazandığı xalların sayını 5-ə çatdırdı. İndiyədək millimizin baş məşqçiləri arasında yalnız siz seçmə mərhələ oyunlarında bu qədər xal toplamısınız. Yəni, Diniyev seçmə mərhələ başa çatmamış rekordunuzu təkrarlamış oldu...
- Söhbət rekordun təkrarlanıb-təkrarlanmamağından getmir. Bu, əhəmiyyətli deyil. Əsas odur ki, Azərbaycan milli komandasının perspektivi olsun. Mən ilk növbədə bunu, yığmamızın səviyyəsinin artmasını istərdim. Onsuz da biz dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanmırıq. Dünya və Avropa çempionatının final mərhələsinə çıxsaydıq, ən azı bunun uğrunda ciddi mübarizə aparsaydıq, bax onda inkişafdan danışmaq olardı. Yoxsa 5-6 xalla inkişafdan danışmaq olmaz. Bir də ki, mən 5 xalı qazananda indiki ilə müqayisədə az oyun keçirmişdim. Şahin Diniyevin baş məşqçisi olduğu Azərbaycan milli komandasının isə hazırkı seçmə mərhələdə qrupdakı rəqibləri çoxdur. Belə olan halda, daha çox xal toplamaq imkanı yaranır.
- Sizcə, Şahin Diniyev seçmə mərhələnin sonunadək sizdən çox xal toplamaqla, rekorda imza ata biləcəkmi? Nəzərə alaq ki, seçmə mərhələdə qalan 4 oyundan 3-ü Bakıda keçirəcəyik.
- Diniyevin daha çox xal toplamasının əleyhinə deyiləm. Əskinə, ona daha çox xal yığmağı arzulayardım. Diniyevin məndən sonra millidə ən çox xal toplayan baş məşqçi olması mənə pis təsir etməyəcək. Sadəcə, Diniyevin buna nail olub-olmayacağını deyə bilmərəm. Çünki onun bacarığına, iş üslubuna, bələd deyiləm. Onunla yaxından tanışlığım da yoxdur.
- Axı, siz milli komandanı çalışdıranda Diniyevi köməkçi götürərək, qısa zamanda olsa da, bir yerdə işləmisiniz...
- Diniyevlə iki gün bir yerdə işləmişəm. Onun haqda bir məşqçi kimi fikir yürüdə bilmərəm.
- UEFA-nın Azərbaycanla Ermənistan milli komandalarının oyunlarının keçilməyəcəyi qərarını necə qəbul etdiniz?
- Qərara münasibətim normaldır. Hər halda, indiki vəziyyətdə belə qərarın çıxarılması daha məqsədəuyğundur. Əvvəl dediyim kimi, onsuz da milli komandamız Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparmır. Belə olan halda, oyunların keçirilməyib, ən əsası xal verilməməyi bizim üçün ciddi əhəmiyyət kəsb etmir.
- Sizcə, bu qərardan biz, yoxsa ermənilər qazandı? Yəni, Azərbaycanla Ermənistan milli komandasının oyunlarında hansı nəticəni real sayırdınız?
- Oyunlar keçirilməmiş nəticə haqda danışmaq düzgün olmazdı.
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb