Bank Of Baku

Serbiya yığması Bakıya İrəvandan çarter reysi ilə gələcək

Serbiya yığması Bakıya İrəvandan çarter reysi ilə gələcək
# 09 iyul 2007 16:39 (UTC +04:00)
Serbiya Futbol Assosiasiyasının (FAS) baş katibinin köməkçisi Qradimir Brankoviç Azərbaycana işgüzar səfərini başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, ikigünlük səfər ərzində Q.Blankoviçi Serbiyanın “Plavi Plavi” agentliyinin əməkdaşı Snejana Maluşeviç müşayiət edib. FAS rəsmisi səfər zamanı Avropa çempionatının seçmə mərhələsində oktyabrın 17-də Bakıda baş tutacaq Azərbaycan Serbiya matçı ilə əlaqədar stadionlar və otellərlə tanış olub. O, Tofiq Bəhramov adına Respublika stadionu və “Şəfa” stadionuna baş çəkib, ardından “Park İnn”, “Hyatt Park” və “Radisson SAS” otellərini gəzib. Q.Blankoviç Serbiya yığmasının Bakıya Azərbaycanla oyunundan 3 gün öncə, oktyabrın 14-də Ermənistanın paytaxtı İrəvandan çarter reysi ilə gələcəyini bildirib. “Hyatt Park” otelində məskunlaşacaq serbiyalı futbolçular paytaxtımızda iki məşq keçəcəklər. Birinci məşq “Şəfa”, ikinci isə Respublika stadionunda olacaq. Serbiya yığması ilə birgə bu ölkənin 25 jurnalisti də Azərbaycana təşrif buyuracaq. Q.Blankoviç və onu müşayiət edən S.Maluşeviç sabah səhər saatlarında paytaxtımızı tərk edəcək. Serbiyalılar Bakı Moskva - İrəvan reysi ilə Ermənistana yollanıb, stadion və otellərlə tanış olacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR