Bank Of Baku

Makedoniya Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib

Makedoniya Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 10 iyul 2007 10:11 (UTC +04:00)
Makedoniya Futbol Federasiyası AFFA-nın avqustun 22-də Bakıda yoldaşlıq matçı keçirmək təklifinə rədd cavabı verib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, makedoniyalılar paytaxtımıza gəlməkdən imtina ediblər: “Qarşı tərəf çox qəribə səbəb göstərib. Makedoniyanın sentyabrın 8-də Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə oyunu var. Onlar məhz rusiyalılara görə bizimlə qarşılaşmağa razılıq verməyiblər. Guya makedoniyalılar Bakıya gəlsələr, rusiyalı məşqçilər onların oyununu izləyərək, informasiya toplayacaqlar”. Milli komandamıza rəqib axtarışını davam etdirən AFFA rəsmiləri Makedoniyanın imtinasından sonra İordaniya ilə görüşmək qərarına gəliblər. B.Əsgərov bildirib ki, bu məqsədlə artıq İordaniya Futbol Federasiyasına faks göndərilib. Departament rəisi, həmçinin Suriyadan hələ cavab almadıqlarını vurğulayıb. Azərbaycan yığması sentyabrın 12-də Suriya ilə səfərdə oynamağa hazır olduğunu az öncə bu ölkənin futbol qurumuna göndərilən məktubda bəyan edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR