Bank Of Baku

Şahin Diniyev: “Ernani Pereyranı diqqət mərkəzində saxlayacağıq”

Şahin Diniyev: “Ernani Pereyranı diqqət mərkəzində saxlayacağıq”
# 10 iyul 2007 10:47 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq üzvü, braziliyalı müdafiəçi Ernani Pereyra Türkiyənin ikinci liqasının A kateqoriyasında yarışan “Orduspor” klubuna transfer olub. “APA-Sport” agentliyinin məlumatına görə, milliləşdirilmiş futbolçu Ordu şəhərinin təmsilçisi ilə birillik müqavilə bağlayıb. Son iki ildə “Karvan”ın (Yevlax) şərəfini qoruyan E.Pereyra ötən ilin payızında Azərbaycan yığmasına cəlb edilib. 29 yaşlı müdafiəçi milli komandamızın heyətində 6 matçda forma geyinib. “Orduspor” 2006/07 mövsümünün yekunlarına əsasən, çempionatda 5-ci yeri tutub. E.Pereyra “Orduspor”dan öncə Türkiyənin digər komandası “Konyaspor”da oynayıb.
Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev “APA-Sport” agentliyinə açıqlamasında E.Pereyranı bundan sonra da diqqət mərkəzində saxlayacaqlarını bildirib: “Ernani yığmaya potensial namizəddir. Xarici çempionatlarda çıxış edən futbolçularımızın hamısını daim diqqət mərkəzində saxlayırıq. Bu baxımdan Ernani də istisna olmayacaq”. Qeyd edək ki, E.Pereyra zədə ucbatından Azərbaycan yığmasının son iki rəsmi oyununda, iyunun 2-də Polşa və iyunun 6-da Qazaxıstana qarşı matçlarda iştirak etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR