Ağasəlim Mircavadov: “Dinamo” kimi səviyyəli komanda ilə oynayıb, qalib gəlmək olar”
- Avstriyada keçirdiyiniz hazırlıq prosesi sizi qane etdimi?
- Məşqlərdən razı qaldım. Futbolçular artıqlaması ilə çalışdılar. Onların işgüzarlığı məni çox razı saldı. Keçirdiyimiz yoxlama görüşlərinə gəlincə, burada əsas diqqəti yeni futbolçuların sınanmasına yetirdik.
- Komandanız keçirilən yoxlama oyunlarda qələbə qazana bilmədi. Bu, sizdə narahatçılıq doğurmur ki?
- Biz Avstriyada 11 yeni legioneri sınadıq. Onların arasında portuqaliyalı, fransalı futbolçu da oldu. Elələri var idi ki, hazırlığımıza müxtəlif problemlərlə, yol yorğunluğu ilə gəlirdilər. Nəticədə istədiyimizi ala bilmirdik. Bilirsiniz, vaxt azlığı da öz sözünü deyirdi. Əlbəttə, bizim öz səhvlərimiz də oldu. Etiraf edim ki, yeni transferlərə gec başladıq. Hər bir yoxlama matçında müxtəlif heyətlərlə oynadıq. Bu görüşlərdə bir heyətlə oynaya bilməməyimiz narahatçılıq doğuran məsələdir.
- “Xəzər-Lənkəran”ın Rumıniyanın “Politexnika” klubuna 1:6 hesablı ağır məğlubiyyəti nə ilə izah edərsiniz?
- Həmin qarşılaşmada hakimin kobud səhvləri öz sözünü dedi. Qapımıza üç qolu oyundan kənar vəziyyətdən vurdular. Rəqib aşkar oyundan kənar vəziyyətdə olduğu halda, qayda pozuntusu qeydə alınmırdı. Ümumiyyətlə, oradakı hakimləri səviyyəsi çox aşağı idi, kobud səhvlər buraxırdılar. Bizim hakimlərə min şükür...
- Bildiyimizə görə, komandaya yeni dörd legioner götürməyi planlaşdırırsınız...
- İki bolqarıstanlı müdafiəçi və bir braziliyalı futbolçu transfer etmək fikrimiz var.
- Braziliyalılar müdafiəçi Gilyermo Silvayla yarımmüdafiəçi Juniynodur. Onlardan hansını transfer edəcəksiniz?
- İmkan olsa, ikisini də. Bilirsiniz, Gilyermo çox gəncdir, 18 yaşı var. Juninyonun keçidini həll etməyi düşünürük.
- Bolqarıstanlı müdafiəçilər Radomir Todorovla Kostadin Cambazov arxa xətdə yaranan boşluqları aradan qaldıra biləcəkmi?
- Todorovdan fərqli, Cambazovu yalnız Polşanın “Zaqlebiye” klubu ilə görüşdə (2:2) sınadım. O, yaxşı təsir bağışladı və müdafiənin mərkəzində bizə yararlı ola bilər. Todorov da sol cinahda. Yenidən qurduğumuz müdafiədə iki bolqarıstanlıya ümidlərimiz böyükdür. Onların müdafiədə boşluqları aradan qaldıra biləcəyinə inanırıq.
- Hələ mövsüm başa çatmamış transfer etdiyiniz, məhsuldar hücumçu kimi tanınan Yakuba Bamba yoxlama oyunlarında bir qola belə vura bilmədi. Bu, sizi narahat etmir?
- Bamba oyunlarda sonadək meydanda olmurdu. Onu bir hissə oynadırdıq. Bambanın xeyli vaxtdır oyun praktikası sarıdan korluq çəkdiyini nəzərə almaq lazımdır. O, “Karvan”da çıxış etdiyi vaxt zədəyə görə mövsümü vaxtından əvvəl başa vurmalı oldu. Bamba sonuncu rəsmi oyunda apreldə bizə qarşı oynayıb.
- Bambanın hazırlıq prosesinin sonunda zədə aldığı haqda məlumatımız oldu. Onun zədəsi nə yerdədir?
- Bambanı zədələndiyi üçün sonuncu yoxlama matçında oynada bilmədik. Yakuba əzələsini dartıb. Zədəsi yüngül deyil. Belə olan halda, hücumçunun Çempionlar Liqasında Xorvatiyanın “Dinamo” klubu ilə ilk oyunda meydana çıxmayacağı gözlənilir. Bu səbəbdən həkimlərimiz onu tez sağaltmağa çalışır. Bamba sabah tibbi müayinədən keçdikdən sonra zədəsinin sağalma müddəti ilə bağlı dəqiq məlumatımız olacaq.
- Digər zədəli futbolçularınız varmı?
- Dmitri Kramarenko toqquşma nəticəsində başından zədə almışdı. Vüqar Nadirovla Ceyhun Sultanovun da zədə ilə bağlı problem var idi. Ceyhunu son yoxlama oyununda bilərəkdən meydana buraxmadıq. Çünki yağış yağdığından meydança sürüşkən idi, riskə getmədik. Bamba ilə müqayisədə bu futbolçuların zədəsi ciddi deyil.
- Çempionlar Liqasında güclü rəqiblə qarşılaşacağıq. Xorvatiyanın “Dinamo” klubu potensial rəqiblərimiz arasında ən güclüsüdür. Püşkü necə dəyərləndirərdiniz?
- “Dinamo” səviyyəli komandadır. Belə rəqiblə oynamaq yaxışdır. “Dinamo” kimi səviyyəli komanda ilə oynayıb, qalib gəlmək olar. Biz Çempionlar Liqasının oyunlarına bu amalla çıxacağıq və futbolçuları bu yöndə psixoloji cəhətdən hazırlayırıq.
- Belə başa düşdüm ki, yoxlama görüşlərində qələbə qazanmadığına baxmayaraq, “Dinamo” ilə oyuna nikbin baxırsınız...
- Əlbəttə. Hamımız nikbinik. Sonuncu yoxlama oyunumuz nikbinlik yaratdı. Rəqibimiz kifayət qədər güclü, Polşanın son çempionu “Zaqlebiye” idi. Bu görüşdə “Dinamo” ilə matça çıxaracağımız təxmini heyəti oynatdıq. Həmin qarşılaşma bizim üçün yaxşı alındı. Təsadüfi deyil ki, ilk hissədən sonra hesabda iki top fərqi ilə irəlidə idik. Bizdən fərqli, polşalılar iki heyətlə oynayaraq, ikinci hissədə hesabı bərabərləşdirə bildilər.
- “Dinamo” əsas futbolçusu olan hücumçu Eduardo Da Silvanı İngiltərənin “Arsenal” klubuna satdı. Bu futbolçunun gedişi ilə rəqibin hücum xəttinin zəiflədiyini, bunun isə xeyrimizə olduğunu düşünürsünüz?
- “Dinamo”nun Eduardonun satışı ilə yanaşı, “Portu”dan braziliyalı əsilli portuqaliyalı futbolçu transfer etməsi haqda da məlumatımız var. Da Silva komandanı tərk etsə belə, “Dinamo”da səviyyəli futbolçular çoxdur.
- “Dinamo” da Avstriyada hazırlıq keçib. Rəqibin oyununu izləmisinizmi?
- Xeyr. Əslində, izləməyi planlaşdırırdıq. Avstriyada hazırlıq prosesinin bir cəhəti yaxşı idi ki, keçirilən bütün yoxlama oyunları haqda bizə məlumat verilirdi. İyunun 30-da “Vilnüs”lə oynadığımız vaxt “Dinamo” “Rapid”lə qarşılaşırdı. İyulun 2-də Almaniyanın “Kayzerslauten”lə oynamaq planlarında var idi ki, biz də həmin matçı izləmək fikrində idik. Ancaq son nəticədə bu oyuna baxa bilmədik. Çünki “Dinamo”nun “Rapid”lə oyununda dava-dalaş düşmüş və nəticədə meydana azarkeşlər girmişdi. Belə olan halda, Avstriyadakı təşkilatçılar oyunlarda seyrçilərin izləməsinə imkan vermədi.
- “Dinamo” klubunun oyununu görməməyiniz əlavə problem yaratmır ki?
- Onlar da bizim matçı izləməyib. İndi hər iki tərəf oyunların kasetlərini bir-birinə verməklə bağlı danışıqlar aparır. Bununla rəqibin oyununu görməyə çalışırıq. Ancaq “Dinamo” haqda məlumatlarımız var.
- İlk oyunu evdə keçirilməli olacağıq. Bunu yaxşı hal sayırsınız?
- Birinci matçı səfərdə keçirsəydik, daha yaxşı olardı.
- “Dinamo” ilə oyuna bir həftə qalmış, rəqiblə Bakı yaxud Lənkəranda görüşmək müzakirə olunur...
- Biz oyunu Lənkəranda keçirmək istəyirik və buna uyğun hazırlaşırdıq. Hər halda, Lənkəranda futbol bayramının olmasını arzulayırıq. Lənkəranlılar bunu çoxdan gözləyirlər. Onlar ilk dəfə avrokuboklar, özü də Çempionlar Liqası kimi nüfuzlu turnirin oyununu Lənkəranda izləməyi arzulayırlar. Ancaq Lənkəranda oynayacağımız hələ dəqiqləşməyib. Buna məəttəl qalmışıq. Fikrimcə, AFFA da görüşün Lənkəranda keçirilməsi ilə bağlı lazımi köməkliyi göstərməlidir.
- “Xəzər-Lənkəran” Avstriyaya yollanan zaman Bakıda qalan kapitan Mahmud Qurbanovun transferə çıxarılması gözlənilməz oldu...
- Bu, klub rəhbərliyinin qərarıdır.
- Mahmud kimi futbolçu Çempionlar Liqasının oyunlarında sizə lazım deyil?
- Mənə hər bir futbolçu lazımdır. Ancaq söhbət bundan getmir. Mahmud klub rəhbərliyinin qərarı ilə transferə çıxarılıb və biz də bunu qəbul edirik.
- Qurbanovun transferə çıxarılmasının səbəbi kimi, nizam-intizamı pozduğu deyilir. O, hansı nizam-intizamı pozub?
- Rəhbərlik artıq qərarını verib. Biz səfərdən yenicə, bu gün qayıtmışıq. Mahmudla bağlı söhbətimiz olmayıb. Çempionlar Liqasına bir həftə qalıb, görüləsi işlərimiz çoxdur. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb