Bank Of Baku

“Bakı” Leandro Qomeşlə müqavilə imzalayacaq

“Bakı” Leandro Qomeşlə müqavilə imzalayacaq
# 11 iyul 2007 08:25 (UTC +04:00)
“Bakı” klubunun və Azərbaycan milli komandasının hücumçusu Leandro Qomeş Bakıya qayıdıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” ilkin razılıq əldə etdiyi mızın 31 yaşlı braziliyalı futbolçu ilə bir il müddətinə müqavilə imzalayacaq. Azərbaycana tək gələn L.Qomeşin həmvətəni, 32 yaşlı yarımmüdafiəçi Andre Ladaqa isə hələ komandaya qoşulmayıb. Klub rəhbərliyi üç ildir xidmətindən istifadə etdiyi, milli komandada da çıxış edən A.Ladaqanı da heyətində görmək istəyir. Braziliyalının ölkəmizə gəlməsi üçün vətənindən İngiltərəyə yollanaraq, London-Bakı reysilə Azərbaycana gələcəyi gözlənilir.
“Bakı” müqaviləsi bitən legionerlərindən, 30 yaşlı gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvili ilə də razılıq əldə edib. Bir illik müqavilə imzalanacaq futbolçu artıq Bakıya qayıdaraq, yüngül məşqlərə başlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR