Bank Of Baku

Leandro Qomeş: “Mən Azərbaycan millisində oynaya-oynaya necə legioner sayıla bilərəm?”

Leandro Qomeş: “Mən Azərbaycan millisində oynaya-oynaya necə legioner sayıla bilərəm?”
# 11 iyul 2007 12:56 (UTC +04:00)
“Azərbaycanın milli komandasında çıxış etməyi özümə şərəf hesab etmişəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun və Azərbaycan milli komandasının hücumçusu Leandro Qomeş bildirib. Bu gün Azərbaycana qayıdan 31 yaşlı braziliyalı futbolçu yığma komandada gələcək perspektivinin müəmmalı sayıb: “Artıq Azərbaycan vətəndaşı yox, yenidən legioner hesab olunuram. Legioner necə millidə çıxış edəcək? Və ya əksinə, mən millidə oynaya-oynaya necə legioner sayıla bilərəm? Ancaq buna baxmayaraq, bir daha bəyan edirəm ki, hər zaman milli komandada çıxış etməyə hazıram”. Azərbaycan üçün darıxdığını deyən braziliyalı futbolçu yenidən Bakıda olduğu üçün çox xoşbəxt olduğunu bildirib. L.Qomeş “Bakı”nı İntertoto kubokundan kənarlaşdırdığı Moldovanın “Daçiya” klubu ilə oyunlarda iştirak etməməyinin səbəbini belə izah edib: “Bakı”ya İntertoto kubokunda kömək etməyi çox istəyirdim. Ancaq Azərbaycan millisinin heyətində martın 28-də Finlandiya yığması ilə Bakıdakı oyunda aldığım zədə gözlənildiyindən də ciddi oldu. Təxminən üç aydır futbola həsrət qalmışam. Artıq zədəmi tam sağaldaraq, özümü yaxşı hiss edirəm. Azərbaycana gəlməyimə 4-5 gün qalmış yüngül məşqlərə başlamışdım. Təxminən 15 günə formamı bərpa edəcəyəm”. “Bakı”nın çempionatda yenə qızıl medallar uğrunda mübarizə aparacağını söyləyən braziliyalı futbolçu Əhməd Ticani ilə Asen Nikolovun komandaya transfer olunmasından sevindiyini bildirib.
Qeyd edək ki, ailə həyatı qurmağa hazırlaşan L.Qomeş vətənində olduğu müddətdə nişanlanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR