Bank Of Baku

Branko İvankoviç: “Bizi qarşıda daha çətin oyunlar gözləyir”

Branko İvankoviç: “Bizi qarşıda daha çətin oyunlar gözləyir”
# 12 iyul 2007 10:26 (UTC +04:00)
“Püşkə əsasən, yeni mövsümə Azərbaycan klubu ilə başlayacağıq. İlk rəsmi görüşlərdən qələbə ilə ayrılmaq çox sevindirici olardı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Branko İvankoviç deyib. Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan çempionu “Xəzər-Lənkəran”la oyunlar barədə danışan B.İvankoviç iyulun 17-də və 24-də keçiriləcək qarşılaşmalara ciddi yanaşdığını bildirib: “Məhz belə görüşlərdən nəticə çıxarmaq lazımdır. Çünki qarşıda bizi daha çətin oyunlar gözləyir”. Heyət barədə fikirlərini açıqlayan xorvatiyalı mütəxəssis yalnız arxa xətt oyunçuları ilə bağlı dilemma qarşısında olduğunu söyləyib: “Qapıda almaniyalı Kox duracaq. Müdafiəçi qismində Etto və ya Çorlukanı, Çale və ya Karlosu, Karlos və ya Şifonu oynada bilərəm”. Müsbət nəticənin qəhrəmanlıq olduğunu və qələbə əhval-ruhiyyəsinin yüksəldilməsində böyük rol oynayacağını bildirən baş məşqçi baxımlı oyunun da vacibliyini vurğulayıb: “Ambisiya və gücümüz göz qabağındadır. Dəyərli oyun incəsənətimiz ilkin təsnifat mərhələsini keçməyə imkan verəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR