Bank Of Baku

AFFA XVI milli çempionatın və ölkə kubokunun oyunlarının teleyayım hüququnu 70 min manata qiymətləndirib

AFFA XVI milli çempionatın və ölkə kubokunun oyunlarının teleyayım hüququnu 70 min manata qiymətləndirib
# 12 iyul 2007 11:34 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın XVI milli çempionatının və ölkə kubokunun oyunlarının teleyayımı ilə bağlı bu gün tender keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, tenderdə cəmi 2 telekanal iştirak edib: “Tenderlə əlaqədar ölkəmizdəki bütün telekanallara bir həftə öncə müraciət etmişdik. Ancaq tenderə yalnız AzTV və İTV qatılmışdı. Görünür, digər telekanallar çempionatı yayımlamaq marağında deyillər”. M.Quliyev bildirib ki, AFFA tərəfi telekanallara öz şərtlərini çatdırıb. Milli assosiasiya ölkə çempionatının və kubokunun qarşılaşmalarının yayım hüququnu 70 min manata qiymətləndirib. AFFA-nın mətbuat katibi tenderin qalibinin gələn həftə müəyyənləşəcəyini vurğulayıb: “Hər iki telekanala müəyyən qədər vaxt verildi. Onlar da öz təkliflərini hazırlayacaqlar. Gələn həftə çempionat və kubokun oyunlarının hansı kanalın yayımlayacağı məlum olacaq”.
Qeyd edək ki, ötən mövsüm çempionatın eksklüziv yayım hüququ AzTV-yə 50 min manata başa gəlib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR