İqor Nakoneçnı: “Niyə “MKT-Araz” həmişə ilk kubok oyunlarını evdə keçirməlidir?”
- Ukraynadakı hazırlıq prosesini necə dəyərləndirərdiniz?
- Hazırlığımızın daha dərindən təhlilini hələ etməmişik. Bakıya qayıtdıqdan sonra bununla bağlı müzakirələr aparacağıq. Ancaq hər halda, indidən müəyyən fikir yürütmək olar ki, . hazırlıq prosesini qənaətbəxş saydığımı deyə bilərəm. Təlim-məşq toplanışının ilk mərhələsində keçirdiyimiz oyunlarda qeydə alınan nəticələr mənfi oldu. Ancaq getdikcə vəziyyət düzəlməyə başladı. Sonrakı yoxlama görüşlərində qənaətbəxş nəticə qazana bildik.
- Ancaq fakt odur ki, yoxlama oyunlarını qələbəsiz başa vurdunuz. Hətta böyük hesablı məğlubiyyətlər də oldu...
- Yoxlama oyununda məğlubiyyət də xeyirlidir. O mənada ki, bu düşünməyə, yaxşılığa doğru nəticə çıxartmaq baxımından əsas, “qida” verir. Yoxlama görüşlərində nəticədən daha çox heyətin kompleksləşməsinə diqqət yetirirdik. Bu məqam bizi daha çox maraqlandırırdı. Deyə bilərəm ki, son yoxlama matçlarında artıq sabit heyəti müəyyənləşdirə bildik. Bizim üçün də əsas bu idi.
- Mövsüm bitəndən sonda heyətdə köklü dəyişikliklər apardınız. UEFA kubokuna vəsiqə qazanan heyətdən çox az futbolçu saxlamısınız. Heyətdəki belə radikal dəyişikliklər UEFA kuboku oyunlarında problem yaratmayacaq?
- Təbii ki, yaradacaq. Biz ötən mövsümün əvvəlində də yeni heyət qururduq. Ancaq bu dəfə etdiyimiz dəyişikliklər daha köklü oldu ki, bu addımı atmağımız zəruri idi. Ancaq ümidimizi itirmirik. Düzdür, UEFA kubokunun ilk oyununa az qalıb və problemlərimiz bizi qayğılandırır. Ancaq fikrimcə, yeni çempionat başlayanadək heyətlə bağlı vəziyyət normallaşacaq.
- Yoxlama oyunlarını yalnız Ukrayna klubları ilə keçirdiniz...
- Başqa variant yox idi. Çünki təlim-məşq toplanışı keçirdiyimiz Aluşta şəhərində yalnız Ukrayna klubları məskən salmışdı. Hər halda, yoxlama oyunlarını səviyyəli rəqiblərlə keçirdik.
- Ukraynaya apardığınız çoxlu yerli futbolçular arasında ümidləri doğrultmayanlar oldumu?
- Hər biri hazırlıq prosesində var gücü ilə işləyərək etimadı qazanmağa çalışdı. Onların hamısını heyətdə saxlayacağımı dəqiq deyə bilmərəm. UEFA kubokuna cəmi 13 futbolçu sifariş etməyimiz bizimlə müqaviləsi olanların adlarının iştirak ərizəsinə daxil etməyimizlə bağlıdır. İştirak ərizəmizdə kifayət qədər yer var və Ukraynada bizimlə olan futbolçulardan müqavilə bağlayacağımızı sifariş edəcəyik. Bütün bunlara Bakıya qayıtdıqdan sonra aydınlıq gələcək.
- “Karvan”ın buraxmaq istəmədiyi, “MKT-Araz”ın Ukraynaya apardığı futbolçu Samir Abdulovun da məsələsinə?
- Samir bir futbolçu kimi mənə lazımdır. Ancaq bu futbolçunu keçidinin həlli məndən yox, klub rəhbərliyindən asılıdır.
- Transfer etdiyiniz üç yeni legionerdən başqa, əcnəbi futbolçular “MKT-Araz”a cəlb olunacaq?
- Böyük ümidlərlə transfer etdiyimiz bu üç futbolçu ilə legioner transferini yekunlaşdırmaq fikrində deyilik. Bizə legioner hücumçu lazımdır. Bakıda olduğumuz müddətdə sərəncamınıza legioner hücumçunun gələcəyi gözlənilir. Bu haqda konkret açıqlama vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, səviyyəli legioner hücumçu axtarışındayıq və bu səbəbdən seçim prosesinə xüsusi diqqət yetiririk. Legioner hücumçu ilə bağlı yanılmamağa çalışırıq. UEFA kubokunun ilk mərhələsində Polşanın “Qrotslin” klubu ilə oyunlarınadək legioner hücumçu transferini reallaşdırmağa çalışacağıq. İstəyimizə çatmasaq, bunu sonradan çempionat başlayanadək həll etmək fikrindəyik.
- Hücumdan başqa, digər mövqelərdə legioner transferi gözləniləndir?
- Yox. Qapıçımız var, müdafiədə də əcnəbi futbolçuya ehtiyac duymuruq. Bizə orta sahədə legionerlər lazım idi ki, bu istəyimizi reallaşdırdıq. Serbiyalı Milutim Trnavak hücumameylli yarımmüdafiəçidir. Ukraynalı Andrey Danayevlə Rusiyalı Umar Karsanov isə dayaq yarımmüdafiəçisi funksiyalarını yerinə yetirir. Yeni legionerlərimizin, ümumilikdə, yeni heyətin nəyə qadir olmasını UEFA kubokunda “Qrotslin”lə oyunlar göstərəcək. Çempionat başlananadək ilk ciddi sınağımız UEFA kubokunda olduğundan, bütün gücümüzü “Qrotslin”lə görüşə səfərbər edəcəyik.
- UEFA kubokuna komandanı tam hazır sayırsınız?
- Haradasa 60-70 faiz hazırlıq.
- “Qrotslin” haqda lazım məlumat toplaya bilmisinizmi?
- Bununla da bağlı problem qalır. Bilirsiniz, vaxt azdır, görüləsi işlər isə çoxdur.
- Xeyli müddət Polşa çempionatında çıxış edən moldovalı hücumçumuzun Anatoli Doroşun bu işdə köməyi dəyməyib?
- Dəyib. Doroş “Qrotslin” haqda məlumat toplamağımıza bizə yardımçı olur. Bakıya qayıtdıqdan sonra rəqib haqda daha dolğun məlumat almağa çalışacağıq. Həmin vaxt “Qrotslin”nin oyunu olan kasetin sərəncamında olacağı gözlənilir. Kaseti izləməklə rəqibi təhlil edəcəyik.
- Püşkə görə, “Qrotslin”lə ilk oyun səfərdə keçiriləndə bunu mərhələ adlamaq baxımından qənaətbəxş saymışdınız. Ancaq sonradan ilk oyunu “ev”də keçirməyimiz bəlli oldu...
- İlk oyunda məkanla bağlı dəyişiklik ürəyimcə olmadı. Bilirəm ki, bu “Neftçi” ilə avrokuboklarda oyunumuzu eyni stadionunda keçirdiyimizə görə edildi. Ancaq mən ilk oyunun səfərdə keçirilməsini istəyirdim. Püşk istəyimi gerçəkləşdirdiyi halda, sonradan edilən dəyişiklik məni narazı saldı. Başa düşmürəm, niyə “MKT-Araz” həmişə kubok oyunlarında ilk matçını evdə keçirməlidir? Azərbaycanda kubok yarışlarında belə oldu, indi də UEFA kubokunda. Kubok oyunlarında cavab görüşünü öz meydanda keçirmək daha yaxşıdır. Nəhayət, UEFA kubokunda belə imkan əlimizə düşmüşdü və hazırlığımızı da buna uyğun qurmuşduq. Ancaq sonradan belə xoşagəlməz halla üzləşdik.
- İlk oyunu Azərbaycanda keçirməyiniz UEFA kubokunda ikinci mərhələyə adlamaq şanslarımızı azaldır?
- Şanslar bərabərdir.
- “Xəzər-Lənkəran”ın transferə çıxardığı Mahmud Qurbanovu “MKT-Azar”a keçidini nə dərəcədə real sayırsınız?
- Mahmudu bir futbolçu kimi tanıyıram, səviyyəsinə bələdəm. Mahmud yaxşı futbolçu olsa da, hazırda onun keçidini real saymıram. Hər halda bu transferi gerçəkləşdirmək artıq gecdir. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb