Bank Of Baku

“Xəzər-Lənkəran” “Dinamo” matçının hakim-inspektoru türkiyəli Mustafa Çulcu olacaq

“Xəzər-Lənkəran”  “Dinamo” matçının hakim-inspektoru türkiyəli Mustafa Çulcu olacaq
# 12 iyul 2007 12:58 (UTC +04:00)
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Xəzər-Lənkəran” klubunun Xorvatiyanın “Dinamo” komandası ilə ilk görüşünün hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Lənkəran təmsilçisinin zaqreblilərlə matçında hakim-inspektor funksiyasını türkiyəli Mustafa Çulcu yerinə yetirəcək. Görüşdə UEFA nümayəndəsi polşalı Stanislav Spesçik olacaq. Qarşılaşmanı israilli hakimlər Meyr Levi, Danni Krasikov, Abed Elubra və Eran Frost idarə edəcəklər. İyulun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR