Bank Of Baku

Qurban Qurbanov: “Oyununu izlədiyimiz “Rid” klubundan çəkinmirik”

Qurban Qurbanov: “Oyununu izlədiyimiz “Rid” klubundan çəkinmirik”
# 12 iyul 2007 13:33 (UTC +04:00)
“Rid” Avstriya çempionatının ilk turunda məğlub olsa da, yaxşı təsir bağışladı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında hazırda Avstriyada təlim-məşq toplantısında olan “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı komandasının UEFA kubokunun birinci təsnifat mərhələsindəki rəqibi “Rid” klubunun ölkə birinciliyi çərçivəsində öz meydanında “Mattersbruq”a 1:2 hesabı ilə uduzduğu qarşılaşmada xal qazanmağa layiq olduğunu vurğulayıb: “Rəqibimiz bu oyunda bir xal qazana bilərdi. İkinci hissədə hesab bərabər idi. Ancaq almaniyalı hücumçu Karsten Yanker qələbə topunu vurmaqla, rəqibimizi məğlubiyyətlə başlamağa məcbur etdi. Məğlubiyyətdən qaçmağa çalışan “Rid” 1:3 hesabı ilə də uduza bilərdi. Uğursuzluğa baxmayaraq, “Rid”in güclü rəqib olduğunun canlı şahidi olduq. Futbolçular fiziki cəhətdən çox güclüdürlər. Ucaboylu futbolçuları olan “Rid” hava mübarizələrində yaxşı oyun nümayiş etdirir”. Q.Qurbanovun sözlərinə görə, “Rid” klubu rəsmilərinin “Neftçi”nin oyunlarını izləməsindən xəbərdardır: “Düşünmürəm ki, rəqib komanda oyununu izlədiyimiz üçün bütün “kart”ları açmayaraq, bilərəkdən məğlub oldu. Hər halda, çempionata qələbə ilə başlamaq istəyirdi. Özü də ilk görüş Rid şəhərində keçirilirdi. Sadəcə, “Rid”in rəqibi güclü idi, ötən çempionatı 3-cü yerdə başa vurub. Artıq “Rid”in oyun üslubuna, hansı taktiki sxemlə oynadığını bilirəm. Hazırlığımızda buna nəzərə alacağıq. Oyununu izlədiyimiz “Rid”dən çəkinmirik. Eyni zamanda, rəqibin öz meydanında uduzmasından arxayınlaşmadıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR