Bank Of Baku

“Rid” “Neftçi” görüşünü ispaniyalı Antonio Rubinos Peres idarə edəcək

“Rid”  “Neftçi” görüşünü ispaniyalı Antonio Rubinos Peres idarə edəcək
# 13 iyul 2007 08:38 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” klubunun UEFA kubokunun birinci təsnifat mərhələsində “Rid” (Avstriya) ilə səfərdə keçirəcəyi görüşünü ispaniyalı hakimlər idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun təyinatına əsasən, Antonio Rubinos Peres qarşılaşmaya baş hakim təyin edilib. Ona həmyerlilərindən Roberto Alonso Fernandes, Markos Alvares Moreno və Karlos Revasko Karbalyo kömək edəcək. İspaniyalı hakimlərin işinə hakim-inspektor Villi Quverts qiymət verəcək. Iyunun 19-da keçiriləcək “Rid” “Neftçi” matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Azərbaycanı ilk dəfə UEFA kubokunda təmsil edəcək İmişlinin “MKT-Araz” klubunun birinci təsnifat mərhələsində keçirəcəyi qarşılaşmanın hakimləri də müəyyənləşib. Qitə futbol qurumu Tofiq Bəhramov adına Respublika stadionunda komandamızın Polşanın “Qrotslin” klubu ilə oyununu idarə etməyi belaruslu hakimlərə tapşırıb. İyunun 19-da saat 19:45-də başlayacaq görüşdə baş hakim Valeri Veliçkaya həmyerliləri Sergey Juk, Dmitri Semyonov və Sergey Saxaleviç kömək edəcək. Belaruslu hakimlər briqadasının işinə slovakiyalı hakim-inspektor Vladislav Qadosyev qiymət verəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR