Bank Of Baku

Eqişe Davtyan: “Ermənistan və Azərbaycan yığmaları bərabər səviyyəli komandalardır”

Eqişe Davtyan: “Ermənistan və Azərbaycan yığmaları bərabər səviyyəli komandalardır”
# 13 iyul 2007 09:43 (UTC +04:00)
Ermənistanın Gənclər və İdman Nazirliyinin güləş və oyun sektorunun rəis müavini Eqişe Davtyan Türkiyənin Trabzon şəhərində keçirilən I Qaradəniz Oyunlarının yekunundan razı qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ermənistan mətbuatına müsahibəsində təşkilatçılıqdan və erməni idmançılara münasibətdən razı qaldığını vurğulayan E.Davtyan Ermənistan futbol yığma komandasının Azərbaycanla oyunu haqda da danışıb: “Qalmaqalsız və yaxşı oyun keçdi. Görüşdən əvvəl futbolçularımıza Azərbaycanla görüşün adi bir oyun olduğunu başa saldıq. Mənə elə gəlir ki, Azərbaycan millisinin üzvləri də eyni əmri almışdı. Amma onlardan biri kobud oyuna görə qırmızı vərəqə aldı. Fikrimcə, bu qəsdən edilən hərəkət deyildi. Matçın moldovalı hakimi də oyunu yüksək səviyyədə idarə etdi. Meydanda ədalətli idman mübarizəsi var idi. Hətta Türkiyə mətbuatı Ermənistan və Azərbaycan futbolçularının centlmensayağı oyununu başqalarına nümunə göstərdi”. Komandalar arasında müqayisə də aparan E.Davtyan qüvvələr nisbətinin bərabər olduğunu vurğulayıb: “Fikrimcə, Ermənistan və Azərbaycan yığmaları bərabər səviyyəli komandalardır. Hərçənd, qələbə qazanmaq üçün şansımız daha çox idi. Hətta bir epizodda futbolçumuzun zərbəsi qapı dirəyindən qayıtdı”.
Qeyd edək ki, yarışın qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Ermənistan oyunu qolsuz başa çatıb. Yaşar Vahabzadənin başçılıq etdiyi komandamız növbəti mərhələyə keçə bilməsə də, qrupda sonuncu olan Ermənistan millisini qabaqlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR