Bank Of Baku

İngiltərənin “Sky Sports” telekanalı “Xəzər-Lənkəran” “Dinamo” görüşünü canlı yayımlamağı planlaşdırır

İngiltərənin “Sky Sports” telekanalı “Xəzər-Lənkəran”  “Dinamo” görüşünü canlı yayımlamağı planlaşdırır
# 13 iyul 2007 10:05 (UTC +04:00)
Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər-Lənkəran” və “Dinamo” (Zaqreb) arasındakı görüşlər ingiltərəlilərin də maraq dairəsindədir. “APA-Sport” agentliyinin məlumatına görə, İngiltərənin tanınan “Sky Sports” telekanalı iyunun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq “Xəzər-Lənkəran” “Dinamo” oyununu yayımlamağı planlaşdırır. Belə ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Liverpul” və “Arsenal” klubları ilə təmsil olunacaq ingiltərəlilər potensial rəqiblərinin matçını izləmək istəyindədir.
Xorvatiyada keçiriləcək “Xəzər-Lənkəran” “Dinamo” oyununu canlı yayımlayacaq Az.TV on kameradan istifadə edəcək. Az.TV bunu Azərbaycan yığma komandasının da görüşlərinin yayın hüququna malik Almaniyanın “Sport Five” şirkətinin razılığına əsasən həyata keçirir. Çəkiliş zamanı altı rejissorun və on iki operatorun xidmətindən istifadə edəcək Az.TV-nin cavab görüşünü də canlı yayımlamağı Bakıdakı ilk matçdan asılı olacaq. Belə ki, birinci qarşılaşmada münasib nəticə qeydə alınarsa, Az.TV cütlüyün taleyini həll edəcək Xorvatiyadakı matçın yayımlanması ilə bağlı danışıqlar aparacaq. Bununla yanaşı, UEFA kubokunun birinci təsnifat mərhələsində Polşada yerli “Qrotslin” və “MKT-Araz” arasında keçiriləcək oyunu da canlı yayımlamağı nəzərdə tutan Az.TV “Neftçi” klubunun ilk oyunu səfərdə olduğundan, bu qarşılaşmanı da canlı yayımlamaq fikrindədir. Bu məqsədlə avstriyalılara edilən rəsmi müraciətə hələlik cavab verilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR