Ağasəlim Mircavadov: “Bambanın ilk oyunadək zədəsini tam sağaldacağını ağlım kəsmir”

Ağasəlim Mircavadov: “Bambanın ilk oyunadək zədəsini tam sağaldacağını ağlım kəsmir”
# 13 iyul 2007 11:59 (UTC +04:00)
“Yakuba Bambanın “Dinamo” ilə ilk oyunadək hazır olacağı inandırıcı görünmür”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanı ilk dəfə Çempionlar Liqasında təmsil edəcək “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Böyük ümidlərlə komandaya transfer edilən afrikalı hücumçunun zədələnməsindən təəssüfləndiyini vurğulayan A.Mircavadovun sözlərinə görə, Y.Bamba böyük ehtimalla iyunun 17-də Xorvatiyanın “Dinamo” klubu ilə Bakıdakı görüşü buraxacaq: “Bamba heç nədən sıradan çıxdı. Hücumçu Avstriyada məşqdə əzildi. Düzdür, Yakuba hazırlıq prosesində iştirak edir, proqram üzrə fərdi məşq edir. Ancaq Bambanın ilk oyunadək zədəsini tam sağaldacağını ağlım kəsmir”. Baş məşqçi heyətdə zədə probleminin Y.Bamba ilə kifayətlənmədiyini bildirib. A.Mircavadovun sözlərinə görə, bir neçə futbolçunun sağlıq durumunda problem var: “Alim Qurbanovun mədəsində ağrılar yaranıb. Onun bu ağrıları hələ Avstriyada hazırlıq keçdiyimiz zaman özünü göstərdi. Əvvəl də belə problemi olan Alimin qidalanmağına xüsusi diqqət yetiririk. Dmitri Kramarenko, Ceyhun Sultanov, Vüqar Nadirovun Avstriyada aldığı zədələr tam sağalmayıb. Dmitri axsayır, Ceyhun köhnə zədəsini təzələyib. Vüqar isə millidən aldığı zədəyə görə problemlə üzləşib. O, baldırından xəsarət alıb. Nadirovun yığma komandada aldığı zədə indi özünü daha çox göstərir”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın yeni kapitanı Emin Quliyevlə bombardiri Zair Ramazanov zəhərlənmə problemi ilə üzləşib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR