Bank Of Baku

Ramiz Mirzəyev: “AFFA-da bundan sonra da kadr dəyişikliyi olacaq”

Ramiz Mirzəyev: “AFFA-da bundan sonra da kadr dəyişikliyi olacaq”
# 13 iyul 2007 13:33 (UTC +04:00)
“Baş katib postuna təyin edilən Elxan Məmmədov gəncdir, bir çox xarici dillərdə sərbəst danışmağı bacarır. Beynəlxalq təşkilatlarla əlaqəsi olan savadlı bir insandır. O, AFFA-nın beynəlxalq miqyasda daha da tanınmasına kömək edəcək”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında AFFA prezidenti Ramiz Mirzəyev deyib. Bu gün imzaladığı sərəncamla Elxan Məmmədovu federasiyanın baş katibi postuna təyin edən Ramiz Mirzəyevin sözlərinə görə, artıq bir çox ölkələrdə də gənc kadrlara üstünlük verilir: “Əksər ölkələrin milli assosiasiyalarında da baş katib postunda gənclər çalışır. Bu, bizdə niyə olmasın? Avropanın bəzi federasiyalarında da islahatlar aparılır”. R.Mirzəyev bundan sonra da AFFA-da kadr dəyişikliyinin olacağını istisna etməyib: “Bizdə də kadr dəyişikliyi həyata keçirilməlidir. Bu, artıq yeni baş katibin səlahiyyətində olacaq”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR