Bank Of Baku

“Xəzər-Lənkəran” “Dinamo” ilə oyuna qələbə qazanmadan çıxacaq

“Xəzər-Lənkəran” “Dinamo” ilə oyuna qələbə qazanmadan çıxacaq
# 14 iyul 2007 08:52 (UTC +04:00)
“Xəzər-Lənkəran” Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” klubu ilə iyulun 17-də keçiriləcək oyuna qələbə qazanmadan çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Lənkəran təmsilçisi hazırlıq prosesində qüvvəsini sınadığı sonuncu yoxlama görüşündə “Masallı” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı ilk hissədə “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Ceyhun Sultanov açıb. “Masallı”nın hücumçusu Fuad Əliyev ikinci hissədə vurduğu qolla Azərbaycan çempionunun qələbə qazanmasına imkan verməyib.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Çempionlar Liqasına hazırlıq prosesində keçirdiyi beş yoxlama oyununun ikisində məğlub olub, üçündə heç-heçə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR