Bank Of Baku

“Qalatasaray” Fernando Moryentesi heyətinə qatıb

“Qalatasaray” Fernando Moryentesi heyətinə qatıb
# 14 iyul 2007 10:04 (UTC +04:00)
Hücumçu axtarışında olan Türkiyənin “Qalatasaray” klubu istəyini reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, istanbullular İspaniya yığmasının forvardı Fernando Moryentesi heyətinə cəlb edib. Tərəflər bütün məsələlərdə razılığa gəlib. 31 yaşlı F.Moryentesin yaxın günlərdə “Qalatasaray” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyanın “Real” və İngiltərənin “Liverpul” kimi tanınmış klublarında çıxış edib. F.Moryentes son mövsümü İspaniyanın “Valensiya” klubunun heyətində keçirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR