Bank Of Baku

Ağasəlim Mircavadov: “Yoxlama görüşlərində qələbə qazanmamaq məsul sınaq öncəsi yaxşı hal deyil”

Ağasəlim Mircavadov: “Yoxlama görüşlərində qələbə qazanmamaq məsul sınaq öncəsi yaxşı hal deyil”
# 14 iyul 2007 10:14 (UTC +04:00)
“Masallı” ilə görüşdə motivasiyanın olmamağı öz sözünü dedi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadovun sözlərinə görə, 1:1 hesabı ilə başa çatan yoxlama görüşündə komandasından razı qalmayıb: “Komandanın ilk hissədə oyunu məni razı saldı. Bu, həm oyun, həm də taktiki, meydanda verilən tapşırıqların yerinə yetirilməsi baxımından idi. Oyunumuzun yaxşı alınmağı hesabda da öz əksini tapdı. Qol vursaq da, fasilədən sonra heyətdəki dəyişikliklər öz mənfi təsirini göstərdi. Müdafiədə səhvlərimiz oldu və nəticədə qol buraxdıq. Bu isə narahatçılığa əsas verən məqamdır. Həm qol buraxmaq, həm də yoxlama oyunlarında qələbə qazanmamaq məsul sınaq öncəsi yaxşı hal deyil”.
Qeyd edək ki, Çempionlar Liqasında Xorvatiyanın “Dinamo” klubu ilə oyuna Avstriyada və Bakıda hazırlaşan “Xəzər-Lənkəran” keçirdiyi beş yoxlama matçında qələbə qazana bilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR