Bank Of Baku

“Qaraba𔝠Liberiya çempionunu heyətinə cəlb edib

“Qaraba𔝠Liberiya çempionunu heyətinə cəlb edib
# 16 iyul 2007 08:24 (UTC +04:00)
“Qaraba𔝠klubu Türkiyədəki hazırlıq prosesində keçirdiyi yoxlama görüşlərində ardıcıl ikinci məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin ikinci liqasının B kateqoriyasında çıxış edən “Şəkərspor” klubuna 0:2 hesabı ilə uduzub. Bununla da, “Qaraba𔝠ardıcıl ikinci oyundur uduzmaqla yanaşı, qol da vura bilməyib. İlk qarşılaşmada “Vestel Manisaspor”u 2:1 hesabı ilə məğlub etdikdən sonra “İstanbul Böyük şəhər Bələdiyyəspor”a böyük hesabla uduzub 0:3. “Şəkərspor”la görüşdə kapitan Aslan Kərimov, Azər Məmmədov və Kənan Kərimova istirahət verən “Qarabağ”ın türkiyəli baş məşqçisi Rasim Kara Fərhad Vəliyev, Hüseyn İsgəndərov, Nodar Məmmədov, Maksim Medvedev, Timur İsrafilov, Tagim Novruzov, Əfran İsmayılov, Murad Ağakişiyev, Vaqif Cavadov, Viktor İbekoyi və İsaak Tuku Puponu əsas heyətdə meydana buraxıb. “Qarabağ”a baxışa gələn İ.T.Pupo liberiyalıdır və meydanda oyun qurucusu funksiyasını yerinə yetirir. LPRC klubunun heyətində ötən il Liberiya çempionluğunu qazanan İ.T.Pupo həmin vaxtdan ölkəsinin milli komandasına cəlb edilib. R.Karanın “Şəkərspor”la oyunda yaxşı təsir bağışlayan liberiyalı legioneri saxlayacağı gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR