Bank Of Baku

“Xəzər-Lənkəran” “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Sankt-Peterburqda çıxış edəcək

“Xəzər-Lənkəran” “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Sankt-Peterburqda çıxış edəcək
# 16 iyul 2007 08:40 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun gələn il Azərbaycanı təmsil edəcəyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin məkanı dəyişəcək. “APA-Sport” agentliyinin məlumatına görə, indiyədək Rusiyanın paytaxtı Moskvada təşkil edilən yarış bu dəfə Sankt-Peterburq şəhərində baş tutacaq. Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko postsovet məkanı ölkələrinin çempionlarının qatıldığı turnirin həmişə olduğu kimi, Moskvada yox, Sankt-Peterburqda keçiriləcəyini bəyan edib. 2008-ci ilin yanvarında Rusiya paytaxtında hokkey üzrə dünya çempionatı keçiriləcəyindən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin təşkilatçıları məkanı dəyişmək qərarını veriblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR