Bank Of Baku

İordaniya Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib

İordaniya Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 16 iyul 2007 09:52 (UTC +04:00)
İordaniya Futbol Federasiyası AFFA-nın avqustun 22-də beynəlxalq yoldaşlıq görüşü keçirmək təklifini qəbul etməyib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, iordaniyalılar yoldaşlıq görüşündən imtinanın səbəbini bildirməyiblər. B.Əsgərov vurğulayıb ki, İordaniyanın imtinasından sonra Çernoqoriya yığmasına dəvət göndərilməsi nəzərdə tutulub: “İordaniyanın həm əsas, həm də 21 yaşlılardan ibarət yığmasını Bakıya dəvət etmişdik. Bu komandaların təklifimizdən imtinasının səbəbi məlum deyil. Yəqin ki, bu gün Çernoqoriya Futbol Federasiyana faks göndərəcəyik”. Bu ilin mayında FİFA və UEFA-nın üzvü olan Çernoqoriya yaxın bir ildə rəsmi yarışlarda iştirak etməyəcək. AFFA bu boşluğu nəzərə alaraq, Çernoqoriyanın futbol qurumuna təklifini çatdıracaq. B.Əsgərov, həmçinin sentyabrın 12-də yoldaşlıq oyunu keçirmək üçün Birləşmiş Ərəb Əmirliklərinə göndərilən dəvətə hələ cavab gəlmədiyini deyib.
Qeyd edək ki, İordaniya avqustun 22-də Bakıda Azərbaycanla qarşılaşmaqdan imtina edən üçüncü komandadır. Bundan öncə Litva və Makedoniya Futbol Federasiyaları da analoji addım ataraq, AFFA-nın təklifini rədd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR