Bank Of Baku

Branko İvankoviç: “Bakıya qələbə üçün gəlmişik”

Branko İvankoviç: “Bakıya qələbə üçün gəlmişik”
# 16 iyul 2007 16:28 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Branko İvankoviç bu gün keçirilən mətbuat konfransında deyib. B.İvankoviç “Xəzər-Lənkəran”ın Avstriyadakı hazırlıq prosesi, keçirilən oyunlar haqda məlumatı olduğunu söyləyib. Xorvatiyalı mütəxəssis “Xəzər-Lənkəran”ın futbolçuları arasında Emin Quliyev, Zaur Ramazanov və fransalı legioner Edmond N”™Tiamoanı qeyd edən B.İvankoviç sözlərinə görə, UEFA-nın oyunların Lənkəranda yox, Bakıda keçirilməsi haqda çıxardığı qərar işlərini asanlaşdırmayıb: “Oyunun Bakıda keçirilməsi yalnız yol baxımından işimiz asanlaşdırdı. Yəni Lənkərana yol uzaqlığı baxımından problemimiz olmadı. Ancaq Bakıda da stadiona çoxlu azarkeşin gəlib “Xəzər-Lənkəran”ı dəstəkləyəcəyinə əminəm”. B.ivankoviç Azərbaycan futbolu haqda məlumatı olduğunu bildirib. O, İran yığmasında işlədiyi vaxtda millimizlə yoldaşlıq görüşlərini, Serbiyanın millimizlə oyunlarda qələbə qazana bilməməyini xatırlatdı. Xorvatiyalı çalışdırıcı Azərbaycan klubları haqda danışarkən, “Neftçi”nin oyunlarını qeyd edib: “Neftçi”nin Çempionlar Liqasında “Şiroki Briyeq” və “Anderlext”i bu stadionda məğlub etməsi haqda məlumatım var. Ancaq açığı, Azərbaycan klublarının son altı ildə “Xəzər-Lənkəran”la qarşılaşacağımız Respublika stadionda qol buraxmadığını bilmirdim”.
B.İvankoviç İngiltərənin “Arsenal” klubuna satılan Eduardo Da Silvanın yoxluğunu itki sayıb və onun ötən mövsüm müxtəlif turnirləri nəzərə alsaq, 57 qol vurduğunu qeyd edib. Bununla belə, xorvatiyalı mütəxəssis komandasında braziliyalı hücumçu E.D.Silvanı əvəzləyəcək səviyyəli futbolçularının olduğunu da söyləyib. “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov ”Arsenal” kimi kluba keçən futbolçumuzun olmadığından, təkcə Mahmud Qurbanov yox, hər bir futbolçunun yoxluğunu itki saydığını vurğulayıb. A.Mircavadov “Dinamo” kimi güclü rəqibdən çəkinmədiklərini qeyd edib: “Dinamo” Çempionlar Liqasının qrup mərhələsinə düşməyə iddialıdır. Ancaq bu o demək deyil ki, biz bunu nəzərə alaraq, rəqib qarşısında aciz qalacağıq. “Dinamo” ilə görüşə qələbə qazanmaq üçün çıxacağıq. Hesab edirəm ki, kollektiv oyunla buna nail olmaq mümkündür. Öz oyunumuz nümayiş etdirsək, “Dinamo”nu məğlub edə bilərik. Futbolçularımız qarşılaşmaya hazırdır. Yalnız zədəli Vüqar Nadirov sabahkı oyundan kənar qalacaq. Heyəti 90 faiz müəyyənləşdirmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR