Bank Of Baku

“Turan” klubunun icraçı-direktoru Yaşar Sultanov istefa verib

“Turan” klubunun icraçı-direktoru Yaşar Sultanov istefa verib
# 16 iyul 2007 16:40 (UTC +04:00)
Tovuzun “Turan” klubunun icraçı-direktoru Yaşar Sultanov tutduğu postdan istefa verib. Bu barədə “APA-Sport” agentliyinə Yaşar Sultanovun özü məlumat verib.
Onun sözlərinə görə, Yaşar İbrahimovun “Turan”ın prezident postuna gəlməsi ilə yeni rəhbərlik formalaşdığından komandadan getməyi daha məqsədəuyğun sayıb: “Komandada rəhbər postları yeni prezident formalaşdırır. Buna görə də, istefa vermək qərarına gəldim.
Bütün hallarda “Turan”a köməyimi əsirgəməyəcəyəm. Gedişim həm də biznes işlərimlə bağlıdır. İşim çox olduğundan komandaya lazımi diqqət yetirə bilmirdim”.
Qeyd edək ki, Y.Sultanov son dörd ildə “Turan” klubunun icraçı-direktoru postunda çalışıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR