Bank Of Baku

“Neftçi” klubunun sabah “Rid” stadionunda məşq etməsinə icazə verilməyib

“Neftçi” klubunun sabah “Rid” stadionunda məşq etməsinə icazə verilməyib
# 17 iyul 2007 08:33 (UTC +04:00)
“Neftçi” UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rid” klubu ilə səfərdə keçirəcəyi oyunla bağlı problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu qaydalara əsasən, görüşdən bir gün əvvəl qarşılaşmanın keçiriləcəyi arenada məşq keçmək hüququna malik olsa da, stadiona buraxılmayacaq. Buna səbəb Avropa çempionatı çərçivəsində Avstriyada təşkil edilən 19 yaşlılardan ibarət yığma komandalar arasındakı görüşlərin “Rid”in stadionunda keçirilməsidir. Ancaq bu, “Rid” “Neftçi” matçının əvvəlcədən keçirilməsi nəzərdə tutulan məkanını dəyişməyəcək. Belə ki, qitə birinciliyinin oyunlarının iyulun 16-da, 18-də və 20-də keçirilməsi planlaşdırılıb. Bu səbəbdən “Rid” rəhbərliyi stadionu yalnız bu gün “Neftçi” klubunun sərəncamında verib. Komandamız isə avstriyalılarla görüşə sonuncu məşqini başqa stadionunda keçəcək.
Qeyd edək ki, “Rid” “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR