Bank Of Baku

AFFA yoldaşlıq görüşü keçirmək üçün Maltaya dəvət göndərib

AFFA yoldaşlıq görüşü keçirmək üçün Maltaya dəvət göndərib
# 17 iyul 2007 10:21 (UTC +04:00)
AFFA avqustun 22-də yoldaşlıq görüşü keçirmək üçün Malta Futbol Assosiasiyasına dəvət göndərib. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, Maltanın əsas və 21 yaşlılardan ibarət yığmalarına yoldaşlıq matçı təklif olunub: “Olimpiya yığmamız üçün də rəqib axtarırıq. Bu məqsədlə paralel olaraq, Maltanın 21 yaşlılardan ibarət komandasına da təklifimizi çatdırmışıq. Maltalılarla həm Bakıda, həm də səfərdə qarşılaşmağa hazırıq”. B.Əsgərov Çernoqoriya ilə aparılan danışıqların nəticəsiz qaldığını deyib. Buna Çernoqoriya yığmasının avqustun 22-də başqa komanda ilə yoldaşlıq görüşü keçirməyə razılıq verməsi səbəb olub. Çernoqoriyadan öncə Litva, Makedoniya və İordaniya da AFFA-nın təklifini rədd edib.
Qeyd edək ki, Malta FİFA-nın son reytinq siyahısında Azərbaycandan 8 pillə aşağıda, 117-ci yerdə qərarlaşıb. Azərbaycan və Malta milli komandaları indiyədək 3 dəfə qarşılaşıblar. Maltanın paytaxtı Valettanın “Ta Qali” stadionunda keçirilən hər üç qarşılaşmada yığmamız məğlubiyyətlə üzləşib. Futbolçularımız maltalılara 1994-cü il aprelin 19-da 0:5, 2000-ci il fevralın 6-da 0:3, 2002-ci il aprelin 17-də isə 0:1 hesabı ilə uduzublar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR