Bank Of Baku

AFFA-nın baş katibinin müavini Siyavuş İbrahimov istefaya göndərilib

AFFA-nın baş katibinin müavini Siyavuş İbrahimov istefaya göndərilib
# 17 iyul 2007 11:59 (UTC +04:00)
Bu post AFFA prezidentinin köməkçisi Ələddin Ağaiyə təklif olunub. Siyavuş İbrahimov “APA-Sport” agentliyinə açıqlamasında istefaya göndərildiyini təsdiqləyib: “Məni AFFA-da başqa işə keçirəcəklər. Baş katibin müavini vəzifəsindən azad edilsəm də, əmrim hələ verilməyib. Ola bilsin ki, bundan sonra milli assosiasiyada uşaq futboluna rəhbərlik edim. Çünki əməkdar məşqçiyəm, uşaq futbolunda kifayət qədər təcrübəm var”. 69 yaşlı S.İbrahimov 2004-cü ildən AFFA baş katibinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, AFFA prezidenti Ramiz Mirzəyev bir neçə gün öncə başçılıq etdiyi qurumda gənc kadrlara üstünlük veriləcəyini bildirmişdi. O, yürütdüyü siyasətə uyğun olaraq, iyulun 13-də AFFA-nın baş katibi vəzifəsinə 28 yaşlı Elxan Məmmədovu təyin edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR