Bank Of Baku

İqor Nakoneçnı: “Təəssüf ki, azərbaycanlı futbolçular sərt mübarizədə rəqiblərindən geri qalırlar”

İqor Nakoneçnı: “Təəssüf ki, azərbaycanlı futbolçular sərt mübarizədə rəqiblərindən geri qalırlar”
# 17 iyul 2007 13:27 (UTC +04:00)
“Qrotslin” meydanda sərt mübarizəyə üstünlük verir. Təəssüf ki, Azərbaycan klubları, futbolçuları bu komponentdə rəqibdən geri qalırlar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı deyib. Ukraynalı çalışdırıcı UEFA kubokunun birinci təsnifat mərhələsində görüşəcəkləri Polşanın “Qrotslin” klubunun oyununu izlədikdən sonra rəqibin güclü olmasına əmin olub: “Rəqibimizin bir neçə oyunu yazılan diski izlədim. Bunlar ötən çempionatda keçirdikləri matçlar idi. Mövsüm bitəndən sonra “Qrotslin”in heyətində, məşqçilər korpusunda dəyişiklər olub. Rəqibimizin hazırkı durumu haqda qiyabi məlumatım var. Komandanın Avstriyadakı görüşlərdə kifayət qədər qələbə qazandığını, hətta Almaniyanın Bundesliqa klubunu məğlub etməsindən xəbərdaram. Rəqibimiz mobil komandadır, fiziki hazırlıq baxımından çox yaxşı vəziyyətdədir. Polşalılarda üstünlük verdiyi güc futbolu yaxşı alındığı halda, azərbaycanlılar bu cəhətdən “axsayır”. “Qrotslin”in çox təhlükəli alınan hücumlarının qarşısını necə almağı fikirləşməliyik”. İ.Nakoneçnı bildirib ki, qalan iki gündə rəqibin oyununun təhlilinə yer ayıracaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR