Bank Of Baku

“Qaraba𔝠heyətinə konqolu müdafiəçi cəlb edib

“Qaraba𔝠heyətinə konqolu müdafiəçi cəlb edib
# 17 iyul 2007 15:34 (UTC +04:00)
“Qaraba𔝠Türkiyədəki hazırlıq prosesində daha bir afrikalı futbolçunu heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Qaraba𔝠21 yaşıl konqolu müdafiəçi Kabana Sita Abrahamı baxışa çağırıb. Mərkəz müdafiəçisi axtarışında olan “Qaraba𔝠bu mövqedə yaranan boşluğu yaxşı fiziki göstəricilərə malik konqolu libero sayəsində aradan qaldıracağına ümid edir. 190 santimetr boya, 81 çəkiyə malik olan K. S. Abraham Konqo vətəndaşı olsa da, karyerası Kamerunla bağlıdır. Belə ki, müdafiəçi Kamerunun “Sosukam” və “Esperance of Guider” klublarında çıxış edib. “Qarabağ”ın türkiyəli baş məşqçisi Rasim Kara bu gün məşqdə iştirak edən konqolu müdafiəçini komanda üzvlərinə təqdim edib. Futbolçunun adı uzun olduğundan ona yeni ad qoyulub. Belə ki, komanda üzvləri konqolunu qısaca İbo çağırmağı daha məqsədəuyğun sayıb.
Qeyd edək ki, “Turan”dan 21 yaşlı nigeriyalı hücumçu Viktor İbekoyini transfer edən “Qaraba𔝠Türkiyədəki hazırlıq prosesində Liberiya millisinin 22 yaşlı oyun qurucusu İsaak Tuko Puponu heyətinə cəlb edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR