Bank Of Baku

“Xəzər-Lənkəran” Çempionlar Liqasının debütündə xal qazanıb

“Xəzər-Lənkəran” Çempionlar Liqasının debütündə xal qazanıb
# 18 iyul 2007 08:11 (UTC +04:00)
“Xəzər-Lənkəran” Çempionlar Liqasının (ÇL) debütündə xal qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” ÇL-nin ilk təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu Bakıda keçirdiyi oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 58-ci dəqiqədə “Xəzər-Lənkəran”ın hücumçusu, ötən çempionatımızın bombardiri Zaur Ramazanov açıb. Qonanlara hesabı bərabərləşdirmək üçün dörd dəqiqə kifayət edib. 62-ci dəqiqədə “Xəzər-Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Radomir Todorovun səhvi Arauxo Dos Santos Deliltonun tarazlığı bərpa etməsi ilə nəticələnib. Bu futbolçu qol vurmamışdan beş dəqiqə əvvəl komanda yoldaşının əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Z. Ramazanov “Xəzər-Lənkəran”ın avrokuboklarda ilk qolunun da müəllifidir. O, avrokuboklarda ilk qolunu 2005-ci ilin iyulunda UEFA kubokunda Moldovanın “Nistru” klubuna səfərdə 1:3 hesabı uduzduğumuz oyunda vurub. Cari avrokuboklar mövsümündə klublarımızın iştirakı ilə Tofiq Bəhramov adına Respublika stadionunda ardıcıl ikinci oyunda 1:1 hesabı qeydə alınır. Belə ki, ötən ay “Bakı” ilə Moldovanın “Daçiya” klubu arasında İntertoto kuboku çərçivəsində görüş də bu hesabla nəticələnib. Qeyd edək ki, “Xəzər-Lənkəran”la “Dinamo” arasında cavab görüşü iyunun 24-də Zaqrebdə keçiriləcək. Oyun yerli vaxtla saatda 23:15-də başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR