Bank Of Baku

Branko İvankoviç: “Əsas məqsədimiz ikinci mərhələyə çıxmaqdır və bu vəzifənin öhdəsindən gələcəyik”

Branko İvankoviç: “Əsas məqsədimiz ikinci mərhələyə çıxmaqdır və bu vəzifənin öhdəsindən gələcəyik”
# 18 iyul 2007 09:03 (UTC +04:00)
“Bakıda keçirilən ilk oyunda 1:1 hesabı qeydə alındıqdan sonra cütün favoriti artıq bizik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın Xorvatiyanın “Dinamo” klubu ilə oyunundan sonra qonaq komandanın baş məşqçisi Branko İvankoviç deyib. Bakıya qələbə qazanmaq iddiası ilə gələn B. İvankoviç 1:1 hesabından da qane olub: “Bakıda ən pis halda məhsuldar heç-heçə qazanmaq istəyində idik ki, buna da nail olduq. Qələbə də qazana bilərdik. Ancaq əsas problemimiz olan qol imkanlarından lazımınca yararlanmamaq Bakıdakı oyunda da özünü göstərdi. İlk oyunda xeyli qol şanslarını boşa verdik. Mən heç vaxt “Xəzər-Lənkəran”ın asan rəqib olduğunu düşünməmişəm. Oyundan əvvəl də demişdim ki, “Xəzər-Lənkəran” çox yaxşı təşkil olunmuş, səviyyəli futbolçulardan ibarət güclü komandadır. İlk oyunda bunun şahidi olduq və “Xəzər-Lənkəran” bizə layiqli, ciddi müqavimət göstərdi. Əsas məqsədimiz ikinci mərhələyə çıxmaqdır və hesab edirəm ki, bu vəzifənin öhdəsindən gələcəyik. İkinci oyun da çətin olacaq və həmin görüşdə favorit “Dinamo”dur”. B. İvankoviç onlara qol vuran Zaur Ramazanovla yanaşı, meydandan qovulan kapitan E. Quliyev və Ceyhun Sultanovun komanda üçün faydalı futbolçu olduğunu qeyd edib. Xorvatiyalı mütəxəssis Z. Ramazanovu İngiltərənin “Arsenal” klubuna satılan braziliyalı hücumçuları Eduardo Da Silvaya əvəzləyici saymayıb: “Zaur Ramazanov yaxşı hücumçudur və “Dinamo” ilə yanaşı, Avropanın səviyyəli komandalarında da oynaya bilər. Ancaq yüksək səviyyəli hücumçu olan Eduardo Da Silvanı əvəzləmək çox çətindir. Da Silva ötən mövsüm bütün turnirləri nəzərə alsaq, 54 qol vurub. Komandamızda Eduardonu əvəzləyəcək futbolçular var və bir qədər gözləmək lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR