Bank Of Baku

Ələddin Ağai AFFA-nın baş katibinin müavini təyin edilib

Ələddin Ağai AFFA-nın baş katibinin müavini təyin edilib
# 18 iyul 2007 09:10 (UTC +04:00)
Bu gün AFFA-da növbəti kadr təyinatı olub. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA-nın prezidenti Ramiz Mirzəyevin əmri ilə Ələddin Ağai federasiyanın baş katibinin müavini vəzifəsinə təyin edilib. Ə. Ağai bu postda 2004-cü ildən çalışan Siyavuş İbrahimovu əvəz edəcək. 69 yaşlı S. İbrahimov isə baş katibin müavini vəzifəsindən azad edilsə də, AFFA-nın ekspert komissiyasının sədri kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, uzun müddət “Şəfa” İdman-Sağlamlıq Mərkəzinin direktoru olmuş Ə. Ağai bu il fevralın 1-dən AFFA-da çalışır. AFFA prezidentinin köməkçisi və Fuad Əsədovun istefasından sonra baş katibin vəzifələrini müvəqqəti icra edən Ə. Ağai ixtisasca iqtisadçıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR