Bank Of Baku

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov: “8,5 milyonluq Azərbaycanda Xəzər-Lənkəran”ı stadiona gələrək dəstəkləməyə 29 min nəfər tapılmadı”

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov: “8,5 milyonluq Azərbaycanda Xəzər-Lənkəran”ı stadiona gələrək dəstəkləməyə 29 min nəfər tapılmadı”
# 18 iyul 2007 10:12 (UTC +04:00)
“Təəssüf ki, bu gün stadion dolu deyil. “Xəzər-Lənkəran”ı dəstəkləməyə 8,5 milyonluq Azərbaycandan 29 min nəfər tapılmadı. İndi komanda özünü necə hiss etsin?” Bu açıqlamanı “APA-Sport” agentliyinə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov verib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər-Lənkəran”la Xorvatiyanın “Dinamo” klubu arasında oyunu canlı izləyən E. Nəsirov vurğulayıb ki, azarkeşlərin oyuna marağının az olmasında hamının günahı var: “Günahı yalnız AFFA-da, yaxud “Xəzər-Lənkəran” rəhbərliyində, oyunçularında axtarmaq düzgün olmazdı. Stadionunun tam dolu olmaması hamıdan asılıdır. Dəstək varsa, qələbələr, nailiyyətlər də əldə edəcəyik”. E. Nəsirov AFFA-nın yeni baş katibi Elxan Məmmədovun təyinatına müsbət münasibət bildirib: “AFFA rəhbərliyi daima müsbət qərarlar verir. İnanıram ki, Elxan Məmmədov iyulun 20-də keçiriləcək AFFA-nın növbədənkənar konfransında baş katib vəzifəsinə rəsmən təsdiqlənəcək”. AFFA rəsmisi az öncə səlahiyyətləri əlindən alınan İcraiyyə Komitəsinin 6 üzvü ilə bağlı sualı cavablandırmayıb: “Bu məsələ barədə AFFA-nın növbədənkənar konfransından sonra fikrimi bildirəcəyəm. Gəlin, növbədənkənar konfransdan öncə mənfi məqamları müzakirə etməyək!” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR